Azərbaycana ən çox hansı ölkədən turist gəlib? – SİYAHI

Azərbaycana ən çox hansı ölkədən turist gəlib? – SİYAHI

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ÇıxışYolu.Com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 

Gələnlərin 70,0 faizini kişilər, 30,0 faizini isə qadınlar təşkil edib. 

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. 

İrandan gələnlərin sayında 5,3 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olub. 

2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9 faiz artaraq 67,3 min nəfər təşkil edib.

Cari ilin yanvar ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0 faizi dəmir yolu və avtomobil, 37,3 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edilib.

2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,0 faiz azalaraq 299,3 min nəfər olub.Ölkə vətəndaşlarının 32,6 faizi Gürcüstana, 23,8 faizi İrana, 23,4 faizi Rusiya Federasiyasına, 12,5 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4,3 faizi isə digər ölkələrə səfər edib. 

Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 78,3 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Prezident təqaüdlərinin artırılmasına ayrılan vəsait açıqlandı

Prezident təqaüdlərinin artırılmasına ayrılan vəsait açıqlandı

Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə Prezidentin fərdi və fəxri adlara görə təqaüdləri artırılıb.

ÇıxışYolu.Com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, prezidentin 22 fevral 2018-ci il tarixli Fərmanına əsasən, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq. 

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı 22 fevral 2018-ci il tarixli Sərəncam isə fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.  

Fəxri ad alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatında işlədikdə həmin təşkilat, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunurlar. 

Qeyd olunan Fərman  və Sərəncamın icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 milyon manata yaxın vəsait ayrılacaq.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Yanvarda ölkəyə gətirilən avtomobillərin sayı – RƏSMİ

Yanvarda ölkəyə gətirilən avtomobillərin sayı – RƏSMİ

Bu ilin yanvar ayında ölkəyə 908 minik avtomobili gətirilib.

ÇıxışYolu.Com Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayında bu rəqəm 420 ədəd təşkil edib.

Ümumilikdə 2018-ci iilin yanvar ayında Azərbaycana 986 ədəd avtomobil gətirilib. 

Bunlardan 908 ədədi adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, dördü sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 73-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, biri isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri olub.   

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Yüksəkixtisaslı həkimlər rayonlara göndərilir

Yüksəkixtisaslı həkimlər rayonlara göndərilir

Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb.

Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sərəncama əsasən, Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.

Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri var.

Yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda əhaliyə xidmət etməyə başlayıb.

Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar.

2017-ci ilin göstəricilərinə görə respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2 041388 nəfəri əlavə müayinələrə cəlb edilib, 68427 nəfəri dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub.

.
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda soyadları milliləşdirmək təklif olunur

Azərbaycanda soyadları milliləşdirmək təklif olunur

Azərbaycanda soyadların milliləşdirilməsi ilə bağlı məsələ aktualdır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Milli Məclisin (MM) plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. 

O qeyd edib ki, insanlar bu seçimdə azad olmalıdırlar: 

“Amma yeni nəslin soyadlarının milliləşdirilməsi ilə bağlı bizim qanunumuz olub. Yeni nəsil soyadlarında artıq sonluqlar millidir və müəyyən seçim etmək imkanı var. Düşünürəm ki, bu qanunun tətbiqində heç bir problem yoxdur. Digər şəxslər də bu imkandan istifadə edə bilirlər. Xatırladım ki, hazırda soyadların milliləşdirilməsi prosesi “ASAN Xidmət”də çox rahat həyata keçirilə bilir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Deputat Fərəc Quliyev Novruzqabağı bazarlarda bahalaşmadan danışıb. 

ÇıxışYolu.Com xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur: 

“Buna görə bayramqabağı bahalaşma nəzarətə götürülməlidir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. 

Müvafiq icra strukturları monopolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır. Çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edə biləcəkmi? – ŞƏRH

Azərbaycan və Türkiyə yaxın gələcəkdə xarici ticarət əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadəyə keçə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybçeki deyib.

O bildirib ki, hər iki ölkənin dövlət başçısının bu istiqamətdə Mərkəzi Bankların rəhbərliyinə tapşırığı var:

“Texniki işlər, demək olar ki tamamlanıb”.

Nəzərə çatdıraq ki, bir müddət əvvəl Rusiya və Turkiyə dollardan aslılığı aradan qaldırmaq üçün idxal-ixrac əməlyatlarını milli valyutada aparacaqlarını bəyan etmişdilər, lakin hələ də ortada  real nəticə yoxdur. Səbəb iqtisadi səmərə baxımdan ortaq nöqtələrin araşdırılmasının davam etdirilməsidir. 

ÇıxışYolu.Com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının lirə və yaxud manatla aparılması bir neçə dəfə gündəmə gətirilib:

“Ötən müddətdə bu istiqamətdə razılığın əldə edilməsi mümkün olmayıb. Düşünürəm, indiki məqamda Azərbaycan üçün milli valyutada ticarət əməliyyatlarının aparılması prioritet deyil. Dollar dünya ticarətindəki dominant mövqeyini qoruyub-saxlayır.

Region ölkələri üçün ticarət əməliyyatlarını bu valyutada aparmaq daha məqsədəuyğundur. Həttə dollardan imtina ediləcəyi halda digər valyutalarla idxal-ixrac əməliyyatlarının aparılması real görünmür. Dolları avro və yaxud digər dönərli valyuta əvəzləyə bilər”.

Türk lirəsinin son illər üzrə məzənnəsinə diqqət çəkən ekspert deyir ki, lirədə ciddi dəyişikliklər var:

“Xüsusilə, Türkiyədə siyasi faktorlar da lirənin məzənnəsinə təsir edir. Məsələn, ABŞ-ın Türkiyəyə qarşı sanksiyası lirənin ucuzlaşmasına gətirib-çıxardı. Lirə stabil valyuta deyil. Bu səbəbdən də lirə ilə alqı-satqı əməliyyatlarının aparılması strateji baxımdan gündəmdə deyil.

Başqa tərəfdən, xarici ticarət əməliyyatları milli valyutalarla aparılacağı təqdirdə, dollara ehtiyac var. Çünki milli valyutaların məzənnəsi birbaşa deyil, çarpaz müəyyənləşir. Hər iki valyutanın – lirə və manatın birbaşa məzənnəsi dollarladır.

Konvertasiya yenə də dollar üzərindən həyata keçirildiyindən xarici ticarət milli valyutalarla aparılacağı təqdirdə belə dolları sıxışdırmaq mümkün olmayacaq. İki ölkə arasında ticarət əlaqələrini genişləndirmək vacibdir. Ancaq indiki halda, dolların mövqeyini, ölkələrin ABŞ valyutasına olan tələbini nəzərə alsaq, ticari əməliyyatların bu valyuta ilə aparılması daha məqsədəuyğundur”.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

Milli Məclisin bu  gün keçirilən iclasında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. 

O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir: 

“Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir. 

Parlament adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanması nəzərdə tutulur”.

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com

Ətraflı
Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

O xatırladıb ki, bu proses 1993-cü ildən belədir:

“Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.

Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.

Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. O xatırladıb ki, parlamentin komitə sədri Əli Hüseynliyə cinayət qanunvericiliyə ilə bağlı müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. 

Kamil Həmzəoğlu
www.ÇıxışYolu.Com

Ətraflı
İdxalda qida, ixracda neft lider olub

İdxalda qida, ixracda neft lider olub

Bu ilin yanvar ayında ölkəyə 99 210.17 dollar yeyinti məhsulları idxal olunub. 

Gömrük Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, yeyinti məhsulları idxalın 14 faizini təşkil edib.

Ölkəyə 3 011.33 ton ət, 25 793.39 ton meyvə tərəvəz idxal olunub. 

İxracın 84.22 faizini xam neft təşkil edib. Bir ayda Azərbaycan 1 811 648.84 ton neft ixrac edib. Qaz ixracı ümumi ixracın 2.19 faizinə bərabər olub. Qeyri-neft məhsullarından ixracın strukturunda meyvə, tərəvəz və çay üstünlük təşkil edib.

Ümumilikdə idxalın həcmi yanvar ayında 688 625.61 min dollar təşkil edib. 4 623 ədəd mal çeşidi idxal olunub. İxrac əməliyyatları 1 038 707.23 min dollar təşkil edib. Ölkədən 922 adda məhsul göndərilib.  

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 865 3. 866 3. 867 3. 868 3. 869 3. 871