YAP İlham Əliyev üçün toplanmış imzaları MSK-ya təqdim edib

YAP İlham Əliyev üçün toplanmış imzaları MSK-ya təqdim edib

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə ÇıxışYolu.Com-a YAP-dan məlumat verilib.

Məlumatda bildirilir ki, partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Ölkə vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlandı

Ölkə vətəndaşlarının bir ildə aldığı dolların həcmi açıqlandı

2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8%, avro ilə əməliyyatların həcmi isə 5.4% azalıb. 

Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

Banklar tərəfindən 2016-cı il ərzində 445.4 mln. ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, 2017-ci ildə 26.5 mln. ABŞ dolları xalis satış həyata keçirilib ki, bu da manatın məzənnəsinin sabitliyi ilə əlaqədardır.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Bakıya heyran olan yeni zelandiyalı ölkəsində kafe açıb – FOTO

Bakıya heyran olan yeni zelandiyalı ölkəsində kafe açıb – FOTO

Yeni Zelandiyanın Taupo şəhərinin düz mərkəzində “Cafe Baku” adlı kafe açılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı səyyah Baba Ağayev sosial şəbəkədəki hesabında paylaşıb.

B. Ağayev qeyd edib ki, kafenin sahibi Yeni Zelandiyalıdır, o, Formula-1 yarışlarının  həvəskarıdır:

“Həmin sahibkar 2016-cı ildə Bakıda ilk dəfə keçirilən Formula-1-ə gəlib. Həm yarışı, həm təşkilatçılığı, həm də Bakını o qədər bəyənib ki, 5-6 ay sonra açdığı kafenin adını məhz “Cafe Baku” qoyub”.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com

Ətraflı
Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Ərəblər əylənməyə qərar verdi: Milyardlar xərclənəcək

Səudiyyə Ərəbistanı iqtisadi və sosial islahatlar çərçivəsində 10 il ərzində əyləncə sektoruna 64 milyard dollar investisiya yatırmağa hazırlaşır. 

ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə yaxın zamanlarda ölkədə konsert və əyləncəli tədbirlər təşkil ediləcək.

Əyləncə İşləri Agentliyinin sədri Əhməd bin Əqəl əl-Xatib bildirib ki, investisiyaların maliyyələşdirilməsi həm dövlət, həm də özəl sektor tərəfindən təmin olunacaq.

Qeyd edək ki, ərəblər 2018-ci ildə 56 şəhərdə 5000-dən çox tədbir planlaşdırırlar:

“Biz artıq infrastrukturu qururuq, 2020-ci ildə böyük dəyişikliyə şahidlik edəcəksiniz”. 

O da məlum olub ki, Səudiyyədə ilk dəfə opera binası inşa ediləcək:

“Artıq binanın təməlatması baş tutub. Tədbirlərin keçirilməsi üçün infrastrukturun yaradılmasında 500 şirkət iştirak edəcək”. 

Bu arada, gələn ay 35 illik qadağadan sonra ölkədə ilk kinoteatrlar açılacaq.

 L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
İlham Əliyev: Ölkəmizdə yeddi yeni aeroport inşa edilib – YENİLƏNİB

İlham Əliyev: Ölkəmizdə yeddi yeni aeroport inşa edilib – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğulayıb.

Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlət başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə altısı beynəlxalq aeroport olmaqla, yeddi yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğulayıb.

Eyni zamanda, prezident İlham Əliyev Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu, müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının inşa edildiyini deyib.

Dövlət başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Qonaq isə Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq hissi duyduğunu deyib və ölkəmizlə çox güclü əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, “Boeing” şirkəti adından Azərbaycanın gələcək inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə edib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirilib və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb.

10:19

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də “Boeing Commmercial Airplane” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb

Prezidentin fərdi təqaüdünün məbləği 1450 manata çatdırılıb

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.  

ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.

www.ÇıxışYolu.Com

Ətraflı
Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırıldı

Gənc istedadlar üçün xüsusi təqaüdün məbləği artırıldı

Prezident İlham Əliyev Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 (dörd yüz) manat müəyyən edilsin.

“Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 251; 2007, № 2, maddə 146) 1-ci hissəsində “300” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

www.ÇıxışYolu.Com

Ətraflı
XİN: Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

XİN: Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclas çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: 

“Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub”.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
Seçkilərdə pulsuz təşviqat aparacaq KİV-lər – SİYAHI

Seçkilərdə pulsuz təşviqat aparacaq KİV-lər – SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb. 

MSK-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, namizədlər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, və “Bakinski raboçi” qəzetlərində ödənişsiz seçkiqabağı təşviqat apara bilərlər. 

Qeyd olunub ki, adıçəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları prezident seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

www.ÇıxışYolu.Com

Ətraflı
Prezident fəxri adlara görə aylıq təqaüdlərin məbləğini artırdı

Prezident fəxri adlara görə aylıq təqaüdlərin məbləğini artırdı

Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilsin.

“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamının 1-ci hissəsinin birinci abzasında “100 manat” sözləri “150 manat” sözləri ilə, “60 manat” sözləri “100 manat” sözləri ilə əvəz edilir.

Beləliklə, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat müəyyən edilir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 866 3. 867 3. 868 3. 869 3. 870 3. 871