Əməkdar artist imicini dəyişdi – VİDEO

Əməkdar artist imicini dəyişdi – VİDEO

Tanınmış stilist Anar Ağakişiyev bu dəfə Əməkdar artist Ruhəngiz Allahverdiyevanın görünüşünü dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, o, Allahverdiyevanın saç rəngini dəyişərək makiyajını fərqli tərzdə edib.

A. Ağakişiyev sənətçinin videosunu “Instagram” səhifəsində paylaşaraq onun stili üzərində özünün, Səbinə İmanova və Xəyalə Quliyevanın çalışdığını bildirib. 

Qeyd edək ki, müğənninin yeni imici əksər insan tərəfindən bəyənilib.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Dilarə Kazımova avtomobil qəzası keçirdi

Dilarə Kazımova avtomobil qəzası keçirdi

Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarəetməni itirib.

Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. 

Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı xoşbəxtlikdən xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və sığorta şirkətinin işçiləri gəlib.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
İlhamə Quliyevanın bankdakı pullarının məbləği açıqlandı – VİDEO

İlhamə Quliyevanın bankdakı pullarının məbləği açıqlandı – VİDEO

ARB TV-də yayımlanan “Səhər-Səhər verilişində maraqlı açıqlamalar verilib. 

ÇıxışYolu.Com xəbər verir ki, proqrama qonaq olan Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona borclu olduğunu söyləyib. 

“Mən hamını ağ günə çatdırmışam. İndi öz pulumu niyə ala bilmirəm? Gələn-gedən hər kəs məni aldadır”, – deyə müğənni bildirib. 

Daha sonra Əli Mirəliyev dünyasını dəyişən sənətkarın bankda 380 min manat pulu olduğunu bildirib:

“Bankda 380 min pulu var. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Özü günahkardır. Gərək vaxtında borcu ödəyəydi”.

Pərviz Hüseyn

www.ÇıxışYolu.Com

Ətraflı
Müğənni Nil çayını lağ qoydu – altı ay həbs cəzası aldı

Müğənni Nil çayını lağ qoydu – altı ay həbs cəzası aldı

Misirin tanınmış ifaçılarından biri olan Şirine Əbdülvahaba konsert proqramı zamanı etdiyi zarafata görə 6 ay həbs cəzası verilib.

ÇıxışYolu.Com “Vatan”a istinadən xəbər verir ki, fanatları müğənnidən “Heç Nilin suyundan içdinmi?” mahnısını səsləndirməsini istəyib. O, isə cavabında Nil çayından parazitə yoluxa biləcəyini söyləyib.

Qahirə məhkəməsi müğənnini yalan məlumat yaymaqda ittiham edib və onu cəzalandırıb.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
“Eurovision” mahnımız dörd gün sonra təqdim olunacaq

“Eurovision” mahnımız dörd gün sonra təqdim olunacaq

“Eurovision” təmsilçimiz Aysel Məmmədovanın yarışmada ifa edəcəyi mahnının təqdimat tarixi bəlli olub.

ÇıxışYolu.Com xəbər verir ki, mahnı 4 mart tarixində yayımlanacaq.

Mahnı seçimində Avropanın müxtəlif ölkələrindən olan 300 nəfərlik qrup iştirak edib. Qrup iştirakçılarına üç mahnı dinlədilib, sonra isə onlardan ifaları bəyənib-bəyənmədikləri soruşulub.

Sözügedən bəstələrin harada istifadə olunacağı barədə isə heç bir məlumat verilməyib.

Qalib gələn mahnı  87% səs toplayıb.

Müsabiqəyə tam gücü ilə hazırlıqlar görən Ayselin artıq “Postcard” çəkilişləri də baş tutub. İfaçı hava şarında təsvir olunacaq. Çəkilişlər Portuqaliyanın qərbində yerləşən Monsaraş şəhərində baş tutub.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Aktyor qadınları kompüterə bənzətdi

Aktyor qadınları kompüterə bənzətdi

Tanınmış aktyor Mert Fırat qadınların kişilərdən daha ağıllı olduğunu deyib.

ÇıxışYolu.Com xəbər verir ki, “Star” TV-də yayımlanan “Ufak Tefek Cinayetler” serialının sevilən qəhrəmanı və Birləşmiş Millətlər İnkişaf Proqramının Xoşməramlı səfiri Mert Fırat Türkiyə Qadın Sahibkarlar Assosiasiyası üzvləri ilə səhər yeməyində görüşüb.

Dörd rəfiqənin həyatından bəhs edən adıçəkilən serialda Serhan obrazını canlandıran Fırat görüşdə qadınlarla bağlı fikirlərini bölüşüb:

“Qadınları cüt nüvəli kompüterlərə bənzədirəm. Kişilərlə müqayisədə ağıllı olurlar, güclü idarəetmə və çox düşünmə qabiliyyətlərinə malikdirlər. Üstəlik, az şikayət edirlər”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Müğənnini əqrəb sancdı, gözlərinin, saçının rəngi dəyişdi

Müğənnini əqrəb sancdı, gözlərinin, saçının rəngi dəyişdi

“Ihlamurlar altında” mahnısı ilə Azərbaycanda sevilən türkiyəli ifaçı İntizar qatıldığı proqramların birində maraqlı açıqlama verib.

ÇıxışYolu.Com xəbər verir ki, uşaqolanda saçlarının sarı, gözlərinin isə yaşıl olduğunu bildirən müğənni əqrəb sancması ilə həyatının dəyişdiyini deyib:

“Uşaq olarkən sarışın və yaşıl gözlü idim. Hətta saçlarım platin rəngdə idi. Birinci sinifdə oxuyarkən məni əqrəb sancdı. Aylarla müalicə aldım. Gözlərimin, dərimin, saçımın rəngi dəyişdi. Həkimlər yaşamağımın möcüzə olduğunu söylədilər”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi

Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi

Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, Xalq artisti bu barədə “Show time” verilişində deyib.

O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib: 

“Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqədar olaraq canlı efirə gələ bilmədim. Salamatlıq olsun. Əsası odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub.

Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Mən də qripə yoluxmuşam. Ona görə ikimiz də yataq rejimində müalicə götürmüşük”. 

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. O, bir müddət öncə övladı barədə danışarkən bu sözləri demişdi:

“Son iki ilimi oğlumun sağalmasına qurban verdim. Çox şükürlər olsun ki, böyük əziyyətlərdən sonra oğlum sağlamlığına qovuşdu. Həyatda hər şeyi qazanmaq olar, amma övladı heç nə əvəz etmir.

İki il müalicələrimə ara verdim. Bu da səhhətimə ciddi təsir etdi. Onurğamda problem yaranıb. Onurğam iflicdir. Çox güclü stress yaşayıram. Valideynin övladının itkisi qorxusu ilə yaşaması cümlələrə sığmayacaq bir şeydir”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Tünzalə Ağayeva ilkə imza atdı – VİDEO

Tünzalə Ağayeva ilkə imza atdı – VİDEO

Əməkdar artist Tünzalə Ağayeva yeni “Qoşa qanad” adlı bəstəsinə klip çəkdirib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk dəfə anime janrına müraciət edilərək hazırlanan klip bir neçə ay ərzində tamamlanıb.

Sənətçi klipini təqdim etmək və ətraflı məlumat vermək üçün media nümayəndələrini “Cinemaplus” kinoteatrına toplayıb.

Müxtəlif ziyalıların və qonaqların olduğu tədbirin aparıcılığını Murad Arif edib.

Tünzalənin keyfiyyət göstəricisi olduğunu bəyan edən Murad daha sonra sözü ekran işinin və mahnının ərsəyə gəlməsində əziyyət çəkən komandaya verib.

Tədbirdə çıxış edən “Qoşa qanad” adlı mahnının söz yazarı Yusif Nəğməkar Tünzalə ilə işləməkdən qürur duyduğunu deyib:

“Məni təsirləndirən bir məqam oldu ki, qərb janrında oxunan bir mahnıda “Ata” və “Ana” sözlərini Tünzalə elə səsləndirir ki, insan ürəyinə toxunur”.

Klipin rejissoru və ssenari müəllifi Emin Mirabdullayev Əməkdar artistin işinə məsuliyyətlə yanaşdığını söyləyib. 

Tədbirdə “Chameleon” animasiya studiyasının rəhbəri Natiq Zeynalov bildirib ki, indiyədək Azərbaycanda animasiya janrında kliplər çəkilsə də, burada kompüter qrafikasından yox, əl əməyindən istifadə edilib.

Ekran işinin rəssamı, illustrator Kənan Şeyxzamanlı isə Ağayevaya öz təşəkkürünü bildirib.

Müğənninin anası da qızını təqdimat zamanı yalnız buraxmayıb. Valideynlərə sevginin aşılandığı mahnı zaldakı tamaşaçılar tərəfindən alqışla qarşılanıb. 

Pərviz Hüseyn
Foto: Ehtiram Jabi
www.ÇıxışYolu.Com

Ətraflı
“O səs Türkiyə”nin jürilərindən biri komandadan ayrılır

“O səs Türkiyə”nin jürilərindən biri komandadan ayrılır

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” yarışmasında jürilərdən biri olan müğənni Gökhan Özoğuz yarışmadan ayrılır.

ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ifaçı özü açıqlama verib:

“Proqrama görə musiqidən uzaq qalmışam. Buna görə də televiziyadan uzaq qalıb, daha çox musiqi ilə məşğul olacam. Gələn ildən etibarən “O səs Türkiyə” jürisində olmayacam”.

Qeyd edək ki, indiyədək yarışmada Hülya Avşar, Ebru Gündeş, Sibel Can, MFÖ qrupu, Mustafa Sandal jürilik edib və yarışmadan ayrılıb.

Hazırda yarışmada jüri olaraq Yıldız Tilbe, Hadise, Murat Boz və Gökhan Özoğuz yer alır.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
1 571 572 573 574 575