“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO

“Eurovision” təmsilçimiz Xocalıya mahnı həsr etdi – VİDEO

“Wistfulness” – mənim bəstəkar kimi iştirak etdiyim, Xocalı faciəsinə həsr olunmuş layihədir. Düşünürəm ki, insanlığa qarşı törədilmiş bu vəhşiliyə heç kimsoyuqqanlı baxa bilməz.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova bildirib.

O, bu dəfə müğənni kimi yox, bəstəkar və pianoçu kimi kamera qarşısına keçib. Aysel yeni işi barədə fikirlərini belə izah edib:

“Hər bir azərbaycanlı kimi, o gecədə nələrin baş verdiyi haqqda düşünəndə belə, dərin kədər və daxili hüzün hissləri məni bürüyür. Məhz bu hisslər məni bu musiqini bəstələməyə vadar etdi.

Azərbaycanı bu il “Eurovision”da  təmsil edəcəyimi bilirsiniz; bu gün Avropanın mənə və sənətimə olan diqqəti kimi, bu imkanı qaçırmayıb, bəstəmi təqdim edərkən, məqsədlərimdən biri də sözügedən mövzunu bir az da ictimailəşdirmək, daha geniş kütləyə çatdırmaqdır.

Çoxları məni müğənni kimi tanıyır, amma bu layihə də mən oxumaq istəməyib, bəstəkar və pianoçu qismində iştirak etməyə qərar verdim.

Bəstədə eşitdiyiniz kamança səsi Azərbaycanın Xalq artisti Fəxrəddin Dadaşovun ifasıdır, muğam bölümünü isə istedadlı xanəndə Vüqar Əliyev ifa edib. Videogörüntünün ideyası və çəkilişi Azər Cəfərə aiddir.

Milli Konservatoriya kollektivinə, özəlliklə Firudin Quliyevə çəkilişdə göstərdikləri dəstəyə görə dərin təşəkkür edirəm.

Bu layihədə əməyi keçən hər kəsin adından və öz adımdan Azərbaycan xalqına, əsasən həmin gecədə zərər çəkmişlərin ailələrinə və yaxınlarına səbr diləyirəm”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Aytən: Xırda problemlərlə məşğuluq, şəhidlərin qanı isə yerdədir

Aytən: Xırda problemlərlə məşğuluq, şəhidlərin qanı isə yerdədir

Xocalı faciəsinin 26-cı ildönümündə səssiz qalmayan məşhurlardan biri də aparıcı Aytən Səfərova olub.

ÇıxışYolu.Com xəbər verir ki, o, verilişinə çağırdığı qonağın söhbətlərindən sonra özünə gəlmədiyini bildirib:

“Bu gün verilişimizə (106.3 FM-də “Bumeranq”) Xocalı sakini, həmin günlərin canlı şahidi, 20 yaşında ikən ermənilərə əsir düşmüş və müsibətlər yaşamış Dürdanə Ağayevanı qonaq çağırmışdıq. Hələ də özümə gələ bilmirəm. Mənim üçün ayağa qalxıb yerimək belə çətindir. Sanki sönmüşəm. 

Qabağı görmürəm. 26 il ötür. Bu müddət ərzində böyümüşük, çox irəli getmişik, böyük nailiyyətlərə imza atmışıq və sair, amma… bu “amma” qanımızı sovurur, canımızı alır, ürəyimizdə xal salıb, kök atıb, dağ vurub. 

Donmuş uşaqların cəsədlərini görmək, qızlarımızın, qadınlarımızın, 5-6 yaşlı qız və oğlan balalarımızn başına gətirilən müsibətləri eşitmək insanı sümüyünün iliyindən silkələyib ayıldır. Ermənilərin doqquz yaşlı azərbaycanlı qızcığazın başına açdığı oyunları eşidib bilmək məni nəinki qadın və ana, bir insan kimi sarsıtdı.

Nə boyda – Qarabağ kimi dərdimiz var! O inildəyən balalarımızın, gəlinlərimizin, zorlanmış qızlarımızın namus-qeyrət, qolları, başları kəsilən uşaqların qanının qisası var…”

Səfərova qeyd edib ki, şou-biznes problemləri Qarabağ dərdini unutdurub: 

Bizsə gündə gic-gic mövzulara dair bir-birimizi qırırıq! Kim kimə tac taxdı, kim alverçiyə borclu qaldı, Aygündü sənətkar, ya Röya?! Və sair… 

Min xırda, səviyyəsiz “problem”ə səpələnib cilik-cilik oluruq, amma şəhidlərin, zorlanmış qız-gəlinlərimizin, orqanları çıxarılıb xaricə satılan bacı-qardaşlarımızın, övladlarımızın qanı hələ də yerdədir…”

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Dilarə Kazımovadan Xocalı soyqırımına ithaf: 613 – VİDEO

Dilarə Kazımovadan Xocalı soyqırımına ithaf: 613 – VİDEO

Müğənni Dilarə Kazımova və Fransada Caz Akademiyasında dərs alan yeganə azərbaycanlı Etibar Əsədli yeni layihəyə imza atıblar.

ÇıxışYolu.Com xəbər verir ki, onlar Xocalı faciəsinin 26-cı il dönümü münasibətilə “613” adlı musiqi parçasını ərsəyə gətiriblər.

Layihədə muğamımıza da yer verən sənətçiləri Etibar Əsədlinin atası, Sahib Əsədli müşayiət edib.

Muğam və cazın sintezləşdirildiyi əsərdə muğam hissəsini Sahib Əsədli ifa edib. 

Nigar Məmmədli və Roman Minayevin ekranlaşdırdığı videoda Dilarə Kazımovanın ağlaması diqqət çəkib.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Reytinq savaşları: Bu aparıcılar efirdən getdi

Reytinq savaşları: Bu aparıcılar efirdən getdi

Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

ÇıxışYolu.Com-ın məlumatına görə, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Belə ki, Xəzər Tv-də yayımlanan “Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.

ARB telekanalında yayımlanan “Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib.

Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.

“ARB”də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı “Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.

“Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi “Bir axşam” verilişini Cavid Gül aparır.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı – VİDEO

Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı – VİDEO

Müğənni Niyam Salami həmkarı Samir Piriyevlə birlikdə yeni biznesə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçilərin Türkiyənin turizm cənnəti adlandırılan Bodrumda “Nissa” adlanan restoranı ötən gündən etibarən fəaliyyətə başlayıb.

Restoranın bütün dekorasiya işləri ilə maraqlanan Niyam və Samir Azəbaycan mətbəxini Türkiyədə sevdirmək, tanıtmaq iddiasındadırlar.

Qeyd edək ki, həmin restoranda sənətçilər özləri də səhnəyə çıxacaqlar.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Müğənninin beş milyonluq mirası qızları arasında dava saldı

Müğənninin beş milyonluq mirası qızları arasında dava saldı

2015-ci ilin mart ayında vəfat edən türkiyəli müğənni Erol Büyükburçun vəsiyyətnaməsi qızları arasında dava salıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, mülkiyyətində olan hər şeyi qızı Evren Büyükburça vəsiyyət edib.

Sənətçinin bu hərəkəti digər qızları Jeyan və Özlembüyükburçun etirazına səbəb olub.

“Duymayan Kalmasın” proqramında yayılan məlumata görə, onlar məhkəməyə müraciət edib.

Özlem Büyükburç isə atasının ikinci həyat yoldaşını ata ilə qızlarının arasına girməkdə günahlandırıb:

“Evrenin anası Emel atamla evli olan zaman bizi onunla görüşməyə qoymurdu. Həmin vaxtlar da notariusa gedib, vəsiyyətnaməni hazırlayıblar. Atamın mirası 5 milyon dollardan çoxdur. Bütün mülklərini tək övladına vəsiyyət etməsi düzgün deyil. Biz də onun qızlarıyıq, ədalətə və məhkəməyə güvənirik. Bizim xeyrimizə nəticə çıxacağını umuruq”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Müğənni Damlanın “YouTube” kanalı silindi

Müğənni Damlanın “YouTube” kanalı silindi

Azərbaycanın tanınmış ifaçısı Damlanın “Youtube” kanalı silinib.

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı bu işdə güvəndiyi, “Youtube”a aid bütün işlərini həvalə etdiyi Rafiz Cəfərzadəni günahlandırır.

Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib.

“Bəli, Rafiz Cəfərzadə mənim rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun.

Bir neçə gün öncə dedim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı 35 milyondan çox idi.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Vüsalə: Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?

Vüsalə: Arvadının nömrəsini qonşulara versəm, xoşuna gələr?

Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Azərsu”nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb. 

Aparıcının nömrəsini də həmin qrupa əlavə edib.

Kərimova bu barədə sosial media hesabında yazıb:

 “O, çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət “Whatsapp” qrupu yaradıb?! Belə şey görmüşdünüz? Adama deyərlər, sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın “Whatsapp” qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan?”

V.Kərimova jurnalist və hüquqşünaslara səslənib: 

“Siz bilərsiniz, bəlkə, bu su idarəsinin işçisi haqlıdır. Mənim nömrəmi paylamağa ixtiyarı var?”

Aparıcı daha sonra qeyd edib ki, Mahirin işdən azad olunması onu narahat etmir:

“O, mənim nömrəmi el-aləmə paylayanda narahat olmadığı kimi, mənim də vecimə deyil. Görəsən, Mahirin arvadının nömrəsini tapıb qonşulara versəm, bu qeyrət dağarcığının xoşuna gələr?”

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Brilliant Dadaşova: Aparıcıların efir mədəniyyəti yoxdur

Brilliant Dadaşova: Aparıcıların efir mədəniyyəti yoxdur

Xalq artisti Brilliant Dadaşova efirlərə az-az çıxmasının səbəbini açıqlayıb..

ÇıxışYolu.Com xəbər verir ki, müğənni sosial media hesabında bildirib ki, qeyri-peşəkar aparıcılar efirdə günü-gündən artır:

“Sonra deməyin ki, televiziya proqramlarında tez-tez görünmürəm. Seda Sayan verilişinə gələn qonağa necə diqqət göstərir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri yoxdur.

Müğənni musiqi ifa edərkən aparıcının dəfələrlə başqa işlə məşğul olduğunu görürük. Çünki efirdən bixəbər, şəristəsiz proqram “aparıcılarımız” get-gedə çoxalır”.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı müğənni ənənəsini pozdu – FOTO + VİDEO

Azərbaycanlı müğənni ənənəsini pozdu – FOTO + VİDEO

Müğənni Elvin Abdullayev “Dərk et” adlı yeni mahnısını və fotosessiyasını təqdim edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bəstənin sözləri Anar İsmayılov, musiqisi sənətçinin özünə məxsusdur. 

Ənənəsini pozaraq model Neyli Bünyadzadə ilə obyektivlər qarşısına keçən Elvin səmimi fotolarından danışıb:

“Hər dəfə eyni stildə fotolar çəkdirməyi sevmirəm. Bu dəfə fərqlilik etdim və modellə kamera qarşısına keçdim. Bundan sonrakı fotolarımda dəyişiklik çox olacaq. Əgər kompleksin yoxdursa, demək, uğur qazanacaqsan”.

Elvin həyat yoldaşının onun gənc modellə səmimi görüntülərini qısqanmadığını deyib:

“Nə etsəm də, aşırı dərəcədə ola bilməz. Hər şeyi çərçivədə edirəm. Mənimlə birlikdə çalışan çox adam var. Mahnımın da, fotosessiyamın da hazırlanmasında onların əməyi olub”.

Qeyd edək ki, fotoların müəllifi Elgün Zaman, videoqrafer isə Elvin Məmmədovdur.

Pərviz Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
1 572 573 574 575