Müğənni Kərim Abbasov övladına söz atan Natavana hədə-qorxu gəlib.
ÇıxışYolu.Com-nun məlumatına görə, sənətçi danışarkən ad çəkməsə də, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına sö…
ƏtraflıMüğənni Kərim Abbasov övladına söz atan Natavana hədə-qorxu gəlib.
ÇıxışYolu.Com-nun məlumatına görə, sənətçi danışarkən ad çəkməsə də, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına sö…
ƏtraflıMəşhur rusiyalı ifaçı Loboda “Rammstein” qrupunun üzvü Till Lindemandan övlad dünyaya gətirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, onların münasibəti ötən il Bakıda keçirilən “Jara” festivalından başlayıb.
Belə ki, iyul ayında baş tutan festivalda tanış olan cütlük kameralara fikir verməyərək, səmimi görüntülər sərgiləyib. Onlar arasında olan bu səmimilik daha sonra sevgi münasibətinə çevrilib. Amma onlar bunu hər kəsdən gizlədiblər.
Super.ru saytı iddia edir ki, onların övladı cari ilin may ayında doğulacaq. Loboda övladını Los-Ancelesdə dünyaya gətirmək niyyətindədir.
Lindeman isə Loboda ilə aralarında olan münasibəti inkar etməkdə davam edir.
Qeyd edək ki, Loboda 35 yaşındadır və onun Həvva adlı altı yaşlı qızı var. Lindeman isə 57 yaşındadır. O, indiyədək üç dəfə evil olub. Bu evliliklərdən isə Tillin iki qız övladı var.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
Tanınmış stilist Anar Ağakişiyev bu dəfə Əməkdar artist Ruhəngiz Allahverdiyevanın görünüşünü dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, o, Allahverdiyevanın saç rəngini dəyişərək makiyajını fərqli tərzdə edib.
A. Ağakişiyev sənətçinin videosunu “Instagram” səhifəsində paylaşaraq onun stili üzərində özünün, Səbinə İmanova və Xəyalə Quliyevanın çalışdığını bildirib.
Qeyd edək ki, müğənninin yeni imici əksər insan tərəfindən bəyənilib.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusunun sürücüsü sürət həddini keçərək, dairədə idarəetməni itirib.
Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb.
Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı xoşbəxtlikdən xəsarət almasa da, onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və sığorta şirkətinin işçiləri gəlib.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
ARB TV-də yayımlanan “Səhər-Səhər verilişində maraqlı açıqlamalar verilib.
ÇıxışYolu.Com xəbər verir ki, proqrama qonaq olan Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona borclu olduğunu söyləyib.
“Mən hamını ağ günə çatdırmışam. İndi öz pulumu niyə ala bilmirəm? Gələn-gedən hər kəs məni aldadır”, – deyə müğənni bildirib.
Daha sonra Əli Mirəliyev dünyasını dəyişən sənətkarın bankda 380 min manat pulu olduğunu bildirib:
“Bankda 380 min pulu var. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Özü günahkardır. Gərək vaxtında borcu ödəyəydi”.
Misirin tanınmış ifaçılarından biri olan Şirine Əbdülvahaba konsert proqramı zamanı etdiyi zarafata görə 6 ay həbs cəzası verilib.
ÇıxışYolu.Com “Vatan”a istinadən xəbər verir ki, fanatları müğənnidən “Heç Nilin suyundan içdinmi?” mahnısını səsləndirməsini istəyib. O, isə cavabında Nil çayından parazitə yoluxa biləcəyini söyləyib.
Qahirə məhkəməsi müğənnini yalan məlumat yaymaqda ittiham edib və onu cəzalandırıb.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
“Eurovision” təmsilçimiz Aysel Məmmədovanın yarışmada ifa edəcəyi mahnının təqdimat tarixi bəlli olub.
ÇıxışYolu.Com xəbər verir ki, mahnı 4 mart tarixində yayımlanacaq.
Mahnı seçimində Avropanın müxtəlif ölkələrindən olan 300 nəfərlik qrup iştirak edib. Qrup iştirakçılarına üç mahnı dinlədilib, sonra isə onlardan ifaları bəyənib-bəyənmədikləri soruşulub.
Sözügedən bəstələrin harada istifadə olunacağı barədə isə heç bir məlumat verilməyib.
Qalib gələn mahnı 87% səs toplayıb.
Müsabiqəyə tam gücü ilə hazırlıqlar görən Ayselin artıq “Postcard” çəkilişləri də baş tutub. İfaçı hava şarında təsvir olunacaq. Çəkilişlər Portuqaliyanın qərbində yerləşən Monsaraş şəhərində baş tutub.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
Tanınmış aktyor Mert Fırat qadınların kişilərdən daha ağıllı olduğunu deyib.
ÇıxışYolu.Com xəbər verir ki, “Star” TV-də yayımlanan “Ufak Tefek Cinayetler” serialının sevilən qəhrəmanı və Birləşmiş Millətlər İnkişaf Proqramının Xoşməramlı səfiri Mert Fırat Türkiyə Qadın Sahibkarlar Assosiasiyası üzvləri ilə səhər yeməyində görüşüb.
Dörd rəfiqənin həyatından bəhs edən adıçəkilən serialda Serhan obrazını canlandıran Fırat görüşdə qadınlarla bağlı fikirlərini bölüşüb:
“Qadınları cüt nüvəli kompüterlərə bənzədirəm. Kişilərlə müqayisədə ağıllı olurlar, güclü idarəetmə və çox düşünmə qabiliyyətlərinə malikdirlər. Üstəlik, az şikayət edirlər”.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
“Ihlamurlar altında” mahnısı ilə Azərbaycanda sevilən türkiyəli ifaçı İntizar qatıldığı proqramların birində maraqlı açıqlama verib.
ÇıxışYolu.Com xəbər verir ki, uşaqolanda saçlarının sarı, gözlərinin isə yaşıl olduğunu bildirən müğənni əqrəb sancması ilə həyatının dəyişdiyini deyib:
“Uşaq olarkən sarışın və yaşıl gözlü idim. Hətta saçlarım platin rəngdə idi. Birinci sinifdə oxuyarkən məni əqrəb sancdı. Aylarla müalicə aldım. Gözlərimin, dərimin, saçımın rəngi dəyişdi. Həkimlər yaşamağımın möcüzə olduğunu söylədilər”.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com
Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, Xalq artisti bu barədə “Show time” verilişində deyib.
O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib:
“Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqədar olaraq canlı efirə gələ bilmədim. Salamatlıq olsun. Əsası odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub.
Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Mən də qripə yoluxmuşam. Ona görə ikimiz də yataq rejimində müalicə götürmüşük”.
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. O, bir müddət öncə övladı barədə danışarkən bu sözləri demişdi:
“Son iki ilimi oğlumun sağalmasına qurban verdim. Çox şükürlər olsun ki, böyük əziyyətlərdən sonra oğlum sağlamlığına qovuşdu. Həyatda hər şeyi qazanmaq olar, amma övladı heç nə əvəz etmir.
İki il müalicələrimə ara verdim. Bu da səhhətimə ciddi təsir etdi. Onurğamda problem yaranıb. Onurğam iflicdir. Çox güclü stress yaşayıram. Valideynin övladının itkisi qorxusu ilə yaşaması cümlələrə sığmayacaq bir şeydir”.
Pərviz Hüseyn
www.ÇıxışYolu.Com