İran və İsrail arasında müharibə təhlükəsi - XƏBƏRDARLIQ

İran və İsrail arasında müharibə təhlükəsi – XƏBƏRDARLIQ

Suriyada xarici oyunçuların müdaxiləsi ilə xarakterizə olan böhran regiondakı vəziyyətin sabitliyini pozur və İsrail ilə İran arasında birbaşa münaqişəyə gətirə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, belə bir rəylə BMT-nin keçmiş baş katibi Pan Gi Mun çıxış edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Suriyanın şimalında türklərin PKK yaraqlılarına qarşı mübarizə apardığı ərazilərdəki vəziyyətə, həmçinin ölkədəki vətəndaş müharibəsinə, Holan yüksəkliklərində gərginlik, daxili köçkünlərin qayıtması və qaçqınlarla bağlı böhrana daha çox diqqət ayırmağa səsələyib.

“Bu problemlər yenidən ortaya çıxa, regional sabitliyi ciddi təhlükə altında qoya və region dövlətləri arasında yeni münaqişələrə səbəb ola bilər. Belə sabitlik İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin artmasına, həmçinin İsrail və İranı birbaşa toqquşmaya yaxınlaşdıra bilər”, – deyə, Pan Gi Mun bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Rusiya diplomatı BMT-də amerikalı həmkarını danladı

Rusiya diplomatı BMT-də amerikalı həmkarını danladı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya amerikalı həmkarı Nikki Heylidən ölkəsindəki hakimiyyəti rejim adlandırmamağa çağırıb.

Bu barədə ÇıxışYolu.Com RİA Novosti-yə istinadən xəbrə veri.

“Daimi nümayəndə Heylinin diqqətinə çatdırmaq istəyirəm ki, Rusiyada rejim deyil, qanuni seçilmiş prezident və təyin olunmuş hökumət var. Mən Amerika nümayəndə heyətindən gələcəkdə ən bəsit dipliomatik hərəkətlərə səsləyirəm.

Yeri gəlmişkən, Suriyada da qanuni hökumət var, kim bəyənmirsə bunu özü bilər”, – deyə, Nebenzya amerikalı daimi nümayəndənin “Kim, Əsəd və Putin rejimləri“ haqqında bəyanatını şərh edib.

A.B.
www.ÇıxışYolu.Com

Ətraflı
Saakaşviliyə Ukraynaya giriş qadağan olundu

Saakaşviliyə Ukraynaya giriş qadağan olundu

Ukrayna Dövlət Sərhəd Xidməti Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə 2021-ci ilə qədər ölkəyə girişi qadağan edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri məlumat yayıb.

“2021-ci ilə qədər qadağa var”, –  Saakaşvilinin vəkili Ruslan Çernoluçkiy deyib.

Keçmiş qubernatorun vəkili bu qərarı qanunsuz sayıb və ondan şikayət veriləcəyini bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 371 1. 372 1. 373