İrandan Vaşinqtona sərt xəbərdarlıq

İrandan Vaşinqtona sərt xəbərdarlıq

Vaşinqton nüvə sazişindən çıxacağı təqdirdə, İran qalmaqallı uran zənginləşdirmə proqramını bərpa edə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, İranın Atom Enerji Agentliyinin rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi “Al Ala…

Ətraflı
Alman məktəbində insident: 30 yaralı

Alman məktəbində insident: 30 yaralı

Almaniya məktəbində qaz zəhərlənməsi ilə bağlı 30-a yaxın şagird xəstəxanaya yerləşdirilib.

ÇıxışYolu.Com “Ren TV”yə istinadən xəbər verir ki, insident Zultsbax kommunasına aid məktəbdə qeydə alınıb.

Şagirdlərdən…

Ətraflı
Ötən ilin ən çox satılan avtomobilləri

Ötən ilin ən çox satılan avtomobilləri

“Focus2move” analitik agentliyinin ekspertləri 2017-ci ilin ən uğurlu avtomobil istehsalçılarının reytinq cədvəlini hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Siyahıda birinci yerd?…

Ətraflı
Ərəblər türk seriallarından imtina etdi

Ərəblər türk seriallarından imtina etdi

Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyə arasında yaşanan gərginlik media sahəsində də özünü göstərməyə başlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, aparıcı media qruplarından biri olan MBC bütün kanallarında türk seria…

Ətraflı
Ərdoğan: Rusiya ilə heç bir problemimiz yoxdur

Ərdoğan: Rusiya ilə heç bir problemimiz yoxdur

Rəsmi Ankaranın Suriyanın Afrin rayonunda həyata keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı Moskva ilə heç bir problemi yoxdur.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrindən səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Afrin məsələsinə görə Rusiya ilə heç bir ziddiyyət yoxdur. Hələbdə müşahidə məntəqələrinin yaradılması ilə bağlı proses gedir. Səkkiz belə məntəqə artıq hazırdır. Gələcəkdə İstanbulda RF-Türkiyə-İran üçtərəfli sammitin keçirilməsi nəzərdə tutulub. Həmin sammitdə bütün məsələləri müzakirə edib qiymətləndirmək imkanı olacaq”.

Rusiyadan S-400 zenit raket komplekslərinin alınmasında danışan Ərdoğan bildirib ki, Türkiyə digər ölkələrdən daxili təhlükəsizliyin qorunması ilə bağlı məsləhət alan deyil.

www.ÇıxışYolu.Com

Ətraflı
“Zeytun budağı”: 2434 terrorçu məhv edilib – VİDEO

“Zeytun budağı”: 2434 terrorçu məhv edilib – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

Bundan başqa, Afrinin Racu rayonun mərkəzi, həmçinin, Ramadiyə və Namilək kəndləri terrorçulardan azad edilib.

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 42 gündür davam edir. 

.
www.ÇıxışYolu.Com

Ətraflı
3-cü dünya müharibəsinin başlayacağı tarix hesablandı - PROQNOZ

3-cü dünya müharibəsinin başlayacağı tarix hesablandı – PROQNOZ

ABŞ-ın Kolorado universitetinin riyaziyyatçısı Aron Klauzet üçüncü dünya müharibəsinin başlanğıcı ilə bağlı optimal tarixləri açıqlayıb.

ÇıxışYolu.Com “RBK”-a istinadən xəbər verir ki, bu barədə “Science Advanced” jurnalında məqalə dərc olunub.

Alimin sözlərinə görə, hesablamalar üçün 1823-2003-cü illəri əhatə edən müddət ərzində müharibələrlə bağlı məlumatlardan istifadə olunub.

Bu müddət ərzində 95 iri miqyaslı beynəlxalq münaqişə baş verib ki, onların 5-i 1940-2003-cü illər ərzində qeydə alınıb.

Kompüter alqoritmi həmin dövrün müharibələrini təhlil edərək, onların tezliyi və miqyasını nəzərə alıb.

Təhlillərə görə 2150-ci ilə kimi ən iri beynəlxalq hərbi münaqişə baş verəcək.

Son yüzilliyin müharibə tendensiyasının dəyişilməsi üçün, “sülh müddəti”-nin 100 ildən 140 ilə qədər uzanması tələb olunur.

F.M.
www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 332 1. 333 1. 334 1. 335 1. 336 1. 342