ABŞ-da universitetdə atışma: Ölənlər var

ABŞ-da universitetdə atışma: Ölənlər var

ABŞ-ın Maunt-Plezant şəhərində Mərkəzi Miçiqan Universitetinin ərazisində silahlı insident baş verib. Atışma nəticəsində 2 nəfər həlak olub

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV universitetin Twitter səhifəsinə istinadən məlumat yayıb.

“Polis, səhər saatlarında kampusun ərazisində 2 nəfərin güllələndiyini təsdiqləyib” deyə məlumatda deyilir.

Məlumata görə, həlak olanlar tələbələr deyil. İnsidentin məişət zəminində baş verdiyi bildirilir.

İlkin məlumata görə, atıcı hələ də binanın içindədir. Bəzi mənbələr silahlının qara dərili şəxs olduğunu iddia edir. Polis qüvvələri ərazini mühasirəyə alıb. Ətrafdakı insanlara təhlükəsiz ərazilərdə gizlənmələri tapşırılıb.

F.M.
www.ÇıxışYolu.Com

Ətraflı
ABŞ ordusu üçün lazer silah hazırlanacaq

ABŞ ordusu üçün lazer silah hazırlanacaq

ABŞ hərbi dəniz qüvvələri “Locheed Martin” korporasiyası ilə esmineslər üçün lazer silahının yaradılması haqqında müqavilə bağlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Sövdələşmənin məbləği 150 milyon dollar təşkil edir. Yeni silahın 2020-ci ildə yaradılacağı bildirilir.

Pentaqon amerika silahlı qüvvlərinin  pilotsuz təyyarə və raket hücumlarından mühafizəsi üçün ordunun belə sistemlərlə təchizatında maraqlıdır. Gələcəkdə lazer silahının ballistik raket və təyyarələrə qarşı effektiv vasitəyə çevriləcəyi istisna edilmir.

ABŞ hərbi dəniz qüvvələrinin böyük ümidlər bəslədiyi “Helios” adlı sistem pilotsuz təyyarələrin və gəmiyə yaxınlaşan qayıqların izləniləməsi və məhv edilməsi üçün nəzərdə tutulub. Onun “Arli Berk” tipli esmineslərdə “İcics” raket müdafiə sistemi kompleksinə daxil ediləcəyi bildirilir.

F.M.
www.ÇıxışYolu.Com

Ətraflı
Politoloq: Ermənistanda söz sahibi yenə Sarkisyan olacaq

Politoloq: Ermənistanda söz sahibi yenə Sarkisyan olacaq

Ermənistanda yeni mərhələ başlayır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Armen Sarkisyan Ermənistanın prezidenti seçildi. Ermənistan parlamentində keçirilən səsvermədə Sarkisyanın lehinə 90 nəfər, əleyhinə 10 nəfər səs verdi. 

Beləliklə, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti oldu”, – deyən politoloqun sözlərinə görə, bu, Ermənistanın parlament respublikasına keçidindən sonra ilk prezident seçkisidir və bu seçki ilk dəfə ümumxalq səsverməsi yolu ilə deyil, parlament səsverməsi yolu ilə həyata keçirildi:

“Ermənistanda yeni mərhələ başlayır. Prezident sıradan fiqura çevrilib, əsas söz sahibi, baş nazir olacaq. Böyük ehtimalla, bundan sonra Azərbaycan prezidenti ilə görüşlərə də Ermənistanın baş naziri qatılacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
“Hörümçək adam” hər kəsə şok yaşatdı - VİDEO

“Hörümçək adam” hər kəsə şok yaşatdı – VİDEO

Braziliyanın Andradina şəhərində, sirk akrobatı çıxışı zamanı trapesiyadan yerə yıxılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hörümçək-adam kostyumunda çıxış edən artist, trapesiya üzərində yellənərkən, tarazlığı itirib və 4-5 metr hündürlükdən yerə çırpılıb.

Sirkə gəlmiş tamaşaçılar, hadisənin görüntüsünü müxtəlif rakurslardan çəkib.

Braziliya mətbuatına görə, akrobat yüngül xəsarət alıb. İnsidentdən sonra o, xəstəxanaya çatdırılıb. Xəstəxanada ona dərman verilib və sonradan evə buraxılıb. Hörümçək adam çox keçmədən iş yerinə qayıdıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Pentaqon: ABŞ-ı müdafiə edəcəyik

Pentaqon: ABŞ-ı müdafiə edəcəyik

Pentaqon Rusiyanın yeni müdafiə sistemlərin yaradılması haqqında məlumatlı olduğunu və bunun nəzərə alındığını bildirib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin öz çıxışında bu barədə danışmışdı.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizim barəsində danışdığımız silah, çoxdan bəri hazırlanır. Bizim nüvə doktrinası onu diqqətdə saxlayır”-deyə Pentaqon rəsmisi Dana Uayt jurnalistlərə verdiyi açıqlamada bildirib.

Pentaqon sözçüsü eyni zamanda bildirib ki, Putinin bəyanatı, Müdafiə Nazirliyini heç də təəcübləndirməyib.

“Amerikalılar əmin ola bilər ki, biz tam hazırıq…Hər nə olur olsun, vətənimizi qorumağa hazırıq, buna inanırıq.”-deyə Uayt bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya müdafiə naziri Serqey Şoyqu ABŞ-ın Polşa, Rumıniya və Alyaskadakı raket-müdafiə sistemlərini “deşikli çətirlə” müqayisə etmişdi.

www.ÇıxışYolu.Com

Ətraflı
"Forbes" Türkiyənin ən zənginlərini açıqladı

"Forbes" Türkiyənin ən zənginlərini açıqladı

ABŞ-ın “Forbes” jurnalı Türkiyənin ən zəngin insanlarının reytinqini dərc edib.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, martın 1-nə Türkiyənin 100 ən zəngin vətəndaşının ümumi sərvəti əvvəlki illə müqayisədə 18,5 milyard dollar artaraq, 121,4 milyard dollara çatıb.

Reytinqə 4.8 milyard dollar varidatla “Yıldız Holding” qrupunun direktorlar şurasının sədri Murat Ülkər başçılıq edir.

İkinci yerdə “Rönesans Holding” rəhbəri Erman İlicak qərarlaşıb. Onun sərvəti 4 milyard dollar civarında qiymətləndirilir.

İlk üçlüyü “Fiba Holding” direktorlar şurasının sədri Hüsnü Özyeğin 2,9 milyard dollar sərvətlə tamamlayır.  

“Top-yüzlüyə” Türkiyənin “LC Waikiki”, “Koç Holding”, “ENKA” kimi məşhur şirkətlərinin sahibləri düşüb.

www.ÇıxışYolu.Com

Ətraflı
Yerevanda müxalifət aksiya keçirib

Yerevanda müxalifət aksiya keçirib

Yerevanın Azadlıq meydanında Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyasının aksiyası keçirilib.

ÇıxışYolu.Com-ın “News.am”-a istinadən verdiyi xəbərə görə,aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini anmaq məqsədi ilə təşkil olunub.  

Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin “Çıxış” blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.

Qeyd edək ki, 10 il əvvəl Yerevanda baş verən toqquşmalarda 8 etirazçı və 2 polis əməkdaşı həlak olmuşdu. Onların  ölümünə görə bu günə qədər heç kim məsuliyyətə cəlb olunmayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyədə 208 mahnı qadağan olunub

Türkiyədə 208 mahnı qadağan olunub

 Türkiyənin tele-radio şirkəti (TRT) öz kanal şəbəkəsində terroru və əxlaqsızlığı təbliğ edən 208 mahnının yayımını qadağan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MiddleEastEye” məlumat yayıb.

Bu kompozisiyalar teleradio şirkətinin qara siyahısına düşüb. Ümumilikdə 142 türk və 66 kürd pop mahnıları, eyni zamanda ölkədə populyar olan müğənnilərin, Sila, Demet Akalın və Nükhet Durunun trekləri qadağan olunub.

Xalq Respublikaçı partiyasının deputatı parlament yanında fəaliyyət göstərən profil komissiyasından qəbul olunan qərarla bağlı izahat tələb edib.

Bu addımın atılmasına səbəb həmin musiqi parçalarında terrorizmin və əxlaqsızlığın təbliği, ailə dəyərlərinə pozulması, cinayətin təşviqi kimi amillərin yer almasıdır.

Məlumat yayıldıqdan sonra TRT bəyanatla çıxış edərək xüsusi qadağanı təkzib edir, Türkiyə Qanunvericiliyinə uyğun olaraq yalnız dövlət nizamlama qaydalarını pozan və tütün məmulatları və spirtli içki səhnələrinin yer aldığı kliplərin yayımının dayandırıldığı bildirilib.

www.ÇıxışYolu.Com

Ətraflı
ABŞ Suriyada onlarla hərbi baza yaradıb

ABŞ Suriyada onlarla hərbi baza yaradıb

ABŞ hökuməti Suriyaya 600 xüsusi-təyinatlı və hərbi texnikanın göndərilməsi haqqında qərar qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.

Məlumata görə, artıq hərbi qulluqçular və zirehli şəxsi heyət daşıyıcıları İraqla sərhəddə yerləşən Ət-Tənf bazasına göndərilib.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katib köməkçisi Aleksandr Venediktov “RİA Novosti”-yə verdiyi müsahibədə ABŞ-ın Suriyada kürdlər üçün 20-yə yaxın baza yartmaqda olduğunu bildirmişdi.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 333 1. 334 1. 335 1. 336 1. 337 1. 342