Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

Sarkisyan Ermənistan prezidentliyinə namizəd oldu

Ermənistanın hakim koalisiyası ölkənin Britaniyadakı səfiri Armen Sarkisyanın prezidentliyə namizədliyini irəli sürüb.

ÇıxışYolu.Com “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ara Babloyan bəyanat verib.

“Ermənistan Respublika partiyası və Erməni Daşnaksütun inqilab federasiyasının fraksiyalarının 65 deputatının  yazılı müraciətinə əsasən, Armen Sarkisyanın prezidentliyə namizədliyi irəli sürüldü” –deyə bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, prezidentliyə namizədliklə bağlı müzakirələr  martın 1-də yerli vaxtla 10:30-da başlayacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
İstanbulda onlarla İŞİD terrorçusu saxlanılıb

İstanbulda onlarla İŞİD terrorçusu saxlanılıb

İstanbulda keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının 29 üzvü həbs edilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə İstanbul polisinin bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxslərin hamısı xarici vətəndaşlardır, lakin onların hansı ölkələrdən olduqları açıqlanmır.

“Saxlanılan şəxslər İraq, Suriya və Yəməndə silahlı toqquşmalarda iştirak ediblər”, – məlumatda deyilir.

Bildirilir ki, İstanbulda İŞİD yaraqlılarına qarşı xüsusi əməliyyat davam etdirilir.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirdi – FOTO

Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirdi – FOTO

Türkiyə-Ermənistan sərhədində nəzarət gücləndirilib.

ÇıxışYolu.Com-ın “Sabah”a istinadən verdiyi xəbərə görə, Türkiyə və Ermənistan sərhədində mənfi 15 dərəcə soyuqda vətənin keşiyində duran əsgərlər nə olursa olsun, 24 saat ərzində vəzifə yerindən ayrılmırlar.

Bundan əlavə, sərhəddə 24 saat müşahidə kameraları vasitəsilə nəzarət aparılır.

Xatırladaq ki, bunda əvvəl KİV-də PKK terrorçularının Ermənistan sərhədindən Türkiyə ərazisinə daxil olmaları barədə məlumatlar yayılıb.

Rəna Hüseyn
www.ÇıxışYolu.Com

Ətraflı
Şimali Koreya liderinin Braziliya pasportu olub

Şimali Koreya liderinin Braziliya pasportu olub

Şimali Koreya lideri Kim Çen Inın Braziliya pasportunun olduğu barədə iddialar yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Reuters” agentliyinə Avropa xüsusi xidmət orqanlarından bu barədə məlumat daxil olub. 

Məlumata görə, 90-cı illərdə Kim Çen In başqasının adına olan həmin pasportla Qərb ölkələrinə səyahət üçün viza almağa çalışıb. Oxşar pasportdan KXDR liderinin atası, keçmiş dövlət başçısı Kim Çen İrdə də olub.

“Reuters” agentliyi həmin pasportların səhifələrinin surətini dərc edib. Həmin sənədlərə görə, pasportların sahibləri guya San Paulo şəhər sakinləri – Cozef Pvaq və İcon Çoydur. Fotoda  Kim Çen In və onun atasına bənzəyən şəxslər əks olunub.

Hər iki pasport 1996-cı ildə Braziliyanın Praqadakı səfirliyi tərəfindən verilib.

Həmin pasportların sahiblərinin viza almaq üçün azı iki Qərb dövlətinin səfirliyinə müraciət etdiyi bildirilir. Viza ərizələrinin təmin olunub-olunmadığı bəlli deyil.

Braziliya XİN məsələnin araşdırıldığını bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkmənistan aclıq astanasında – VİDEO

Türkmənistan aclıq astanasında – VİDEO

Türkmənistanda əsas qida məhsullarının çatışmazlığı getdikcə kəskinləşir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.

Heyvanlara verilən kəpək belə defisit məhsulların “siyahısına” düşüb. Kəpək almaq istəyənlərin uzun növbələri müşahidə olunur.

Fevralın ikinci yarısında Daşoğuzda çəkilmiş bu görüntüdə kəpəyin paylanması əks olunub.  Əllərində vedrə ilə gözləyən yerli sakinlər, o cümlədən qadınlar və uşaqlar, növbə üstündə bir-biri ilə əlbəyaxa olur.

Təkcə fevral ayında ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymət artımı isə 70-100% civarındadır. Hal-hazırda Daşoğuzun dövlət qida mağazalarında un vətəndaşlara yalnız talonlar əsasında satılır.

Həmin talonlarda ailədə olan yetkinlik yaşına çatmış insanların sayı nəzərə alınır. Hər bir ailəyə beş kilodan artıq un verilmir. Ancaq un almaq istəyənlər bundan başqa azı beş dövlət qurumundan arayış əldə etməlidir. Azuqə kvotalarında yetkinlik yaşına çatmamış uşaqlar nəzərə alınmır.

www.ÇıxışYolu.Com

Ətraflı
Yadplanetlilərlə əlaqənin tarixi açıqlandı

Yadplanetlilərlə əlaqənin tarixi açıqlandı

Nəzəriyyəçi fizik Mitio Kaku insanların yadplanetlilərlə gələn yüzillikdə müqavilə bağlayacağını bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Science Alert” jurnalında məlumat yayılıb.

Alim bu proqnozu “Reddit”də “AMA” (Ask Me Anything – tərc. İstədiyin sualı ver) silsiləsindən verdiyi onlayn müsahibədə, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran zaman səsləndirib.

Alimin sözlərinə görə, yadplanetlilərin hansı kosmik sivilizasiyalara aid olduğunu öyrənmək üçün onların dilini deşifrə etmək lazım gələcək. Ancaq “şüur qardaşları” ilə rabitə qurmaq elə də asan olmayacaq, çünki onlar istənilən halda Yer planetindən azı onlarla işıq ili uzaqlıqda olacaq.

SETI (Search for Extraterrestrial Intelligence) layihəsinin böyük astronomu Set Şostak isə yadplanetlilərlə yaxın 20 il ərzində radiodalğalar vasitəsilə ünsiyyətin qurulacağını bildirir. Daha tanınmış nəzəriyyəçi-fizik Stiven Hokinq isə yadplanetlilərin bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu iddia edir və insanları heç bir halda kosmik sivilizasiyaların ismarıclarını qəbul etməməyə çağırır. 

Astronomlar Maykl Hippke və Con Lerned də onunla razılaşırlar. Onlar “qeybdən” gələn ismarıclarda ziyanlı şifrələrin və ya təhlükəli dezinformasiyanın ola biləcəyini iddia edirlər.

www.ÇıxışYolu.Com

Ətraflı
AĞ Ev birinci xanımın köməkçisi ilə yollarını ayırdı

AĞ Ev birinci xanımın köməkçisi ilə yollarını ayırdı

Ağ Ev  ABŞ birinci xanımının köməkçisi Uinston Volkofla müqaviləyə xitam verib. Buna səbəb onun şirkətinin Donald Trampın inauqurasiyası zamanı  bayram tədbirlərinin təşkilatçılığından 26 milyon dollara yaxın gəlir qazanmasıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bundan əvvəl New York Times qəzeti Trampın inaqurasiya komitəsinin hesabatını təhlil etdikdən sonra Volkofun müqavilənin təmənnasız xidmətlərin göstərilməsi haqqında müddəasının tələblərini pozduğunu ortaya çıxarmışdı. Volkofun əsas şirkəti “WIS Media Partners”  belə tədbirlərin təşkilindən nə az, nə çox 25,8 milyon dollar gəlir götürüb.

“Birinci xanımın ofisi xanım Volkofla bağlanmış təmənnasız xidmətlərin göstərilməsi haqqında müqaviləyə xitam verib. Biz ona çəkdiyi əziyyətə görə minnətdarıq və ona gələcək işində uğurlar arzulayırıq” deyə Melani Trampın köməkçisi yayılan xəbəri şərh edərkən bildirib.  

www.ÇıxışYolu.Com

Ətraflı
Dünya əhalisinə xəbərdarlıq: şəkər qəbulu azaldılsın

Dünya əhalisinə xəbərdarlıq: şəkər qəbulu azaldılsın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya əhalisini şəkər qəbulunu azaltmağa çağırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BMT-nin Twitter səhifəsində məlumat yayılıb.

ÜST ekspertləri hesab edir ki, normal çəki indeksi olan insan gün ərzində 6 çay qaşığından çox şəkər qəbul etməməlidir.

Səhiyyə ekspertlərinin təbirincə, “şəkər” şirin sayılmayan məhsulların belə tərkibində “gizlənir”. Məsələn bir xörək qaşığı miqdarında ketçupun tərkibində bir çay qaşığı şəkər olur. Şirin qazlı su bankasında isə 10 çay qaşığı miqdarında şəkər yer alır.  

ÜST tövsiyələri təkcə şəkərə deyil, eyni zamanda bal, sirop, meyvə şirələri və konsentratlara şamil olunur.

www.ÇıxışYolu.Com

Ətraflı
ABŞ Türkiyəni sanksiyalarla hədələdi

ABŞ Türkiyəni sanksiyalarla hədələdi

ABŞ Türkiyəni  Rusiyadan S-400 zenit-raket kompleksləri almaqdan imtina etməyə çağırır. Əks təqdirdə Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Habertürk” Vaşinqtondan olan mənbələrə istinadən məlumat yayıb.

Qəzetin müsahibinin dediyinə görə, ABŞ yaranmış vəziyyətdə yaman narahatdır, belə ki, S-400 komplekslərinin alınması, “NATO ilə operativ uyğunluğa mənfi təsir göstərə bilər”.

Türkiyə hökuməto ordunun adı çəkilən Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə təchizatını dayandırmasa Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin qəbul olunacağı istisna edilmir.

Mənbənin sözlərinə görə, ABŞ Türkiyənin hava müdafiəsinin təmin olunması üçün Ankaraya alternativ variant tapmağa kömək etmək niyyətindədir.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğu Ankaraya qarşı təhdidlərin yolverilməz olduğunu bildirmişdi. Türkiyəli ali diplomatın sözlərinə görə, Ankara daha əvvəl NATO müttəfiqlərindən HHM sistemi almaq istəsə də, “onlar hər dəfə bir problem çıxarıb”. Bununla əlaqədar Türkiyə 2017-ci ilin dekabr ayında digər ölkələrlə danışıqlara başlayıb və 2017-ci ilin dekabr ayında Rusiyadan zenit-raket komplekslərinin alınması haqqında müqavilə imzalayıb.

Qeyd edək ki, S-400 kompleksləri  400 km qədər əhatədə  və 30 km yüksəklikdə uçan aviasiyanın, qanadlı və ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

www.ÇıxışYolu.Com

Ətraflı
Polşa prezidenti qəzaya düşdü

Polşa prezidenti qəzaya düşdü

İçərisində Polşa prezidenti Andrey Dudanın da olduğu limuzin qəzaya uğrayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə TVN 24 TV məlumat yayıb.

Hadisə Krakov şəhərində – Povstankov Slaviç körpüsündə baş verib.

Avtomobilin beton maneəyə çırpıldığı, qəza zamanı arvadının da yanında olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 335 1. 336 1. 337 1. 338 1. 339 1. 342