Türkmənbaşı yeni yarış avtomobilini sınaqdan keçirib

Türkmənbaşı yeni yarış avtomobilini sınaqdan keçirib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Lebapsk vilayətinə etdiyi işgüzar səfər çərçivəsində Beynəlxalq Aeroportun açılışı ilə yanaşı, “Böyük İpək Yolu” kütləvi yarışlarına start verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “CA-NEWS” Türkmənistan liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Amul-Xəzər” payız rallisinə hazırlıq çərçivəsində Paris-Dakar rallisinin ikiqat qalibi Jan-Lui Şlesser Türkmənistan prezidentinə yarış avtomobilini hədiyyə edib. Dövlət başçısı maşını oğlu Sərdarla birlikdə sınaqdan keçirib.

Sınaqda şturmanın oturacağında əyləşən Sərdar Berdiməhəmmədov parlament deputatıdır. Qurbanqulu Berdiməhəmmədovun bir oğlu, üç qızı və dörd nəvəsi var. Berdiməhəmmədov 2007-ci ildən bəri Türkmənistanın prezidentidir.

www.ÇıxışYolu.Com

Ətraflı
Çexiya Məhkəməsi PYD liderini sərbəst buraxdı

Çexiya Məhkəməsi PYD liderini sərbəst buraxdı

Terrorçu PKK-nın Suriya qanadı olan PYD-nin liderlərindən (sabiq həmsədr – red), Türkiyədə son illər baş verən son partlayışlarda, terraktlarda əli olan, Abdullah Öcalan və Murat Karayılandan sonra Türkiyədə ən təhlükəli terrorçu sayılan Salih Müslim bu gün Praqa Məhkəməsi tərəfindən sərbəst buraxılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Türkiyə tərəfindən axtarışda olduğu üçün qaçıb Çexiyanın paytaxtı Praqa şəhərində gizlənən Müslim bu günlərdə Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaşadığı hoteldə yatdığı yerdə yaxalanmışdı.

Türkiyə rəsmiləri isə dərhal hərəkətə keçərək, Müslimin təhvil verilməsi üçün Cexiya dövləti və hökumətinə üç ayrı müraciət göndərmişdi.

Bu səbədən Müslimin Türkiyəyə, bunun əvəzində isə kürd terrorçu qruplara dəstək verdikləri üçün Türkiyədə həbs edilən iki çexiyalının öz ölkəsinə təhvil veriləcəyi gözlənilirdi.

Amma bu gün Praqa Məhkəməsində cəmi bir neçə dəqiqəlik məhkəmə prosesindən sonra hakim Müslimin sərbəst buraxıldığını elan edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Səudiyyə Ərəbistanında qadınlar orduda xidmət edə biləcək

Səudiyyə Ərəbistanında qadınlar orduda xidmət edə biləcək

Səudiyyə Ərəbistanında qadınların orduda xidmət etməsinə icazə verilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Khaleej Times” məlumat yayıb.

Məlumata görə, Ər-Riyad, Mədinə, Məkkə və Əl-Qasimədə qadınlar ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlı vakant yerlər üçün ərizə verib, işə qəbul oluna biləcək.

Bunun üçün qadınlar müəyyən kriteriyalara cavab verməli olacaq. Məsələn, ən azından qadınların orta məktəbi bitirməsi tələb olunacaq.

Yalnız yaşları 25-35 arasında olan qadınlar ərizə verə biləcək. Ərizəçi qadınlar həyat yoldaşları ilə birgə işləmək istədikləri yerdə yaşamalı olacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
Baxçalı Ermənistanı ittiham etdi

Baxçalı Ermənistanı ittiham etdi

Xocalı faciəsi qan yaddaşımız, qanayan yaramızdır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının TBMM-dəki növbəti qrup toplantısında çıxışı zamanı bildirib.

D.Baxçalı qeyd edib ki, Türkiyə olaraq Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliyi unutmayıblar:

“Qardaşlarımıza qarşı vəhşiliyi unutmadıq və unutmayacağıq. Ermənistan bilsin ki, Azərbaycan öz torpaqlarını işğaldan mütləq azad edəcək, o gün yaxındadır”. 

MHP lideri deyib ki, Xocalı soyqırımında əli olanlar bu gün Ermənistanın dövlət və siyasət həyatında çox yüksək məqamlara, vəzifələrə irəli çəkilib:

“Həmin alçaqlar, vəhşilər Ermənistanda mükafatlandırılıblar. Ermənistan prezidenti Serj Sarkisyan da bunlardan biridir”.

Onun sözlərinə görə, bir milyon soydaşımızın – azərbaycanlının yurd-yuvalarından didərgin salınması insanlıq cinayətidir.

“Azərbaycanın beşdə biri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk qrupu ona olan ümidləri, gözləntiləri illərdir doğrultmur. Erməni diasporunun ipinə sarılanlar Xocalı soyqırımına qarşı səssizdir. 

“Hamımız erməniyik” şüarı səsləndirən vətənsizlər Xocalı soyqırımının sanki ilhamçılarıdır. 1915-ci il hadisələri ilə bağlı əleyhimizə qərarlar qəbul edən Qərb ölkələri Xocalını necə izah edəcəklər?  

Hollandiya nə etməyə çalışır? Hollaniya bizə nə anlatmağa çalışmaqdadır?

Bu ölkə Serebrenitsada atdığı insanlıqdankənar addımları nə zaman pərdələyə bilib? 

XVI əsrdə onların elçilərinin İstanbula gəlib əl-ətək öpdüklərini də unutmamışıq…”, – deyə MHP lideri əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Tbilisidə bazar yandı – FOTO

Tbilisidə bazar yandı – FOTO

Tbilisinin mərkəzində Tevdor Mqvdeli küçəsində, Vağzal meydanı və “Dinamo” stadionu yaxınlığında yerləşən bazarda güclü yanğın baş verib

ÇıxışYolu.Com bu barədə “Sputnik Qruziya”ya istinadən xəbər verir.

Yanğının söndürülməsinə böyük qüvvə – 35 yanğınsöndürmə texnikası, yüzə yaxın xilasedici səfərbər olunub. Hadisə yerinin giriş-çıxışları polis tərəfindən bağlanıb.

Buna baxmayaraq, bəzi ticarət obyektlərinin sahibləri və satıcılar yanan bazarın ərazisinə daxil ola bilib. Bazardan çıxan işçilər şokda olduqlarını və demək olar ki, bütün əmlakın məhv olduğunu söyləyib.

www.ÇıxışYolu.Com

Ətraflı
“Apple” ən böyük ekranlı “iPhone” istehsal edəcək

“Apple” ən böyük ekranlı “iPhone” istehsal edəcək

“Apple” bu ilin sonunda üç yeni “iPhone” modeli buraxmağı planlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi korporasiyadan olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni  modellər indiyə kimi buraxılmış “iPhone”larla müqayisədə böyük ekrana malik olacaq. Smartfonlar, böyük ehtimalla, yenilənmiş iOS12 əməliyyat sistemi və daha geniş funksionallığa malik “Siri” fərdi yardımçısı ilə təchiz ediləcək.  

Şərti olaraq “D33” adlandırılan böyük smartfon bütün ön panel boyunca yayılan 6,5 düym ekrandan ibarət olacaq və ikiyə bölünən ekran funksiyası ilə təchiz ediləcəyi istisna edilmir.

Bundan başqa, “iPhone X” modelində olduğu kimi, “böyük” smartfonda smartfonu təhlükəsizlik şəkildə blokdan çıxarmağa kömək olan Face ID texnologiyasını işə salıb. “iPhone X” büdcə versiyasında A12 prosessorundan istifadə olunacağı bildirilir.

Agentliyin məlumatına görə, gələcəkdə iki SİM kartı dəstəkləyən böyük ekranlı smartfonun da istehsalı istisna edilmir. Ancaq hələlik bununla bağlı qərar yoxdur. 

Agentlik qeyd edir ki, smartfonlarda E-SİM texnologiyasının tətbiqi də gözlənilir. Bu texnologiya SİM kartı dəyişmədən müxtəlif provayderlərə qoşulmağa imkan verir.

“Apple” şirkətinin rəsmisi yayılan xəbəri şərh etməkdən imtina edib.

www.ÇıxışYolu.Com

Ətraflı
Əsəd atəşkəsə razı oldu

Əsəd atəşkəsə razı oldu

Bəşər Əsəd rejimi Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına tabe olacağını bildirib.

ÇıxışYolu.Com-ın Tükiyə mediasına istinadən məlumatına görə, ilk günlər bu qərarı tanımadığını bildirən Suriya rəhbərliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putindən gələn təlimat əsasında atəşkəsə əməl olunacağını bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Guta bölgəsində yaşanan insanlıq dramını dayandırmaq üçün Suriyada qarşı duran tərəfləri 30 günlük atəşkəsə dəvət etmiş və bununla bağlı qərar qəbul etmişdi.

Məlumatlara görə, Şərqi Gutada bombardmanlar nəticəsində mindən artıq insan qətlə yetirilib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Qvineyada 7,5 ballıq zəlzələ: 30-dan çox ölən var

Qvineyada 7,5 ballıq zəlzələ: 30-dan çox ölən var

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb, 300-dək insan xəsarət alıb.

ÇıxışYolu.Com-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilib.

Məlumata əsasən, ölkə ərazisində çox sayda tikililərə ziyan dəyib, elektrik enerjisi təchizatı pozulub. Zəlzələ hava nəqliyyatının fəaliyyətinə təsir göstərib.

Qeyd edək ki, ötən gün Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ baş verib.

www.ÇıxışYolu.Com

Ətraflı
Meksikada qadınlar ağaca ərə gedir

Meksikada qadınlar ağaca ərə gedir

Meksikanın Oaxaka ştatının San-Casinto-Amilpas şəhərində bir neçə qadın simvolik olaraq ağaclarla izdivac qurub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Perulu aktyor və ətraf mühit fəalı Riçard Torresin təşəbbüsü ilə təşkil olunan mərasim fevralın 25-də keçirilib. Ağ donda olan qadınlar ağacları qucaqlayıb və öpüb, ağaclara sadiqlik andı içib, havaya gül buketləri atıb.

İnk adətləri əsasında oynanılmış simvolik toyda, ətraf mühit fəalları, dünya ictimaiyyətinin diqqətini Meksikanın cənub-qərbində meşələrin qanunsuz olaraq kəsilməsinə yönəltməyə çalışıb.

2017-ci ilin dekabr ayında Riçard Torres Peruda anoloji tədbir keçirmişdi. O bu yolla minlərlə ağacın xilas edilməsinə nail olacağına ümid edir.

www.ÇıxışYolu.Com

Ətraflı
Alman şahzadəsi hotelin 21-ci mərtəbəsindən yıxıldı

Alman şahzadəsi hotelin 21-ci mərtəbəsindən yıxıldı

Frankfurtda (Almaniya) tarixi barəsində ilk məlumatın 1061-ci ildə qeydə alındığı qədim Qoqentsollern nəslinin 39 yaşlı nümayəndəsi, şahzadə Karlos Patrik həlak olub.

ÇıxışYolu.Com FAZ-a istinadən xəbər verir ki, şahzadə İnterContinental hotelinin 21-ci mərtəbəsindən yıxılıb.

Yerli KİV-in məlumatına görə, polis baş vermiş hadisəni bədbəxt hadisə saymır, bununla yanaşı, kriminal motiv də əsas versiya kimi qeydə alınmayıb.

2014-cü ildə şahzadə Karlos Patrik 8,8 mln. avro dələduzluğa görə 4 il həbs cəzasına məhkum olunmuşdu. Ötən iyulda o, müddətin üçdən ikisini başa vurduqdan sonra vaxtından qabaq azadlığa buraxılmışdı.

Bildirilir ki, ötən cümə günü o, həbsdən azad edilib. Həbsxanada dustağın heç zaman psixoloji yardıma müraciət etmədiyini bildirilir.  

А.B.
www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 336 1. 337 1. 338 1. 339 1. 340 1. 342