Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində daha beş yaşayış məntəqəsini terrorçulardan təmizlənib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Söhbət Afrinin şimal-qərbində yerləşən Şeyx Məhəmmədli, Dudu, Semalık, Vəlikli və Kavanda yaşayış məntəqələrindən gedir. 

“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2018-ə çatıb.

www.ÇıxışYolu.Com

Ətraflı
BMT TŞ Suriyaya dair qətnamə qəbul etdi

BMT TŞ Suriyaya dair qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəsə dair qətnamə qəbul edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə. bu barədə RİA Novosti nəşri yazır.

Qətnamənin mətninə əsasən, tərəflər silahlı toqquşmaları dayandırmalı və Suriya ərazisində humanitar yardımın qəbul edilməsi və yaralıların çıxarılması üçün 30 günlük atəşkəs rejimini təmin etməlidirlər.

Qeyd olunur ki, atəşkəs rejimi terrorçularla mübarizəyə istiqamətlənmiş əməliyyatlara aid deyil.

www.ÇıxışYolu.Com

Ətraflı
Milyon dollarlıq uşaqlar - harda uşaq böyütmək bahadır?

Milyon dollarlıq uşaqlar – harda uşaq böyütmək bahadır?

Tayvanda bir ana özü kimi diş həkimi olan oğluna qarşı məhkəmə iddiası qaldırıb.

ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, ana oğulundan təhsil xərclərini ödədiyi üçün 1,7 milyon dollar təzminat istəyib. 

Qeyd edək ki, tayvanlı qadın ərindən boşanaraq, iki oğlunu təkbaşına böyüdüb. Oğulları hələ kiçik yaşda olarkən onları diş həkimliyi fakultəsində oxudacağına və məzun olduqdan sonra fədəkarlığının qarşılığında təzminat alacağında dair müqavilə imzalayıb. 

Böyük oğul anası ilə razılığa gələrək, az miqdarda pul ödəməklə müqaviləni ləğv etdirib. Kiçik oğul isə anasının klinikasında işlədiyini və ona daha çox pul qazandırdığını əsas gətirərək, təzminat ödəməkdən yayınıb.

Məhkəməyə üz tutan qadın faizlər də daxil olmaqla oğlundan 967 min dollar alıb. 

Nəzərə çatdıraq ki, bu hadisə bütün dünyada geniş müzakirələrə səbəb olmaqla bərabər, maraqlı araşdırmalar ortaya çıxarıb. 

Məlum olub ki, ABŞ-da bir uşaq 18 yaşına çatana qədər ailəsi ona 233 min 610 dollar xərcləyir. İngiltərə uşağa çəkilən xərclər baxımından ən bahalı ölkə hesab edilib. Bir ingilis ailəsi gəlirlərinin ortalama 33,8  faizini uşağa xərcləyirlər. Bu nisbət Yeni Zellandiyada 29, İrlandiyada 27,4, İsveçrədə 25,6 faiz təşkil edir. 

Qonşu Türkiyədə isə bir ailə uşağı 18 yaşına çatana qədər ona 250 min dollar xərcləyir. 

L.Ə
www.ÇıxışYolu.Com

 

Ətraflı
Bolqarıstanda etiraz mitinqləri başladı

Bolqarıstanda etiraz mitinqləri başladı

Bolqarıstanda həbsxana gözətçiləri və təhlükəsizlik işçiləri paytaxtda ümummilli bir etiraz minitqi təşkil edib. 

ÇıxışYolu.Com xəbər verir ki, etirazçılar əmək haqqının 20% artmasını və layiqli iş şəraitinin təmin olunmasını tələb ediblər.

Nümayişçilər Ədliyyə Nazirliyinin qarşısında “Əmək haqqımızı artırın, azaltmayın”, “Vədlərlə həbsxana mühafizə edilmir” kimi şüarlar qaldırıblar. 

Ədliyyə naziri Tsetska Tsaçeva nümayişçilərin qarşısına çıxaraq, yaxın müddət üçün əmək haqqı artımının gözlənilmədiyini deyib.

O bildirib ki, əmək haqqı artımı gələn il baş tutacaq.  

Aksiya iştirakçıları isə tələbləri yerinə yetirilməyənə qədər etirazları davam etdirəcəklərini bəyan ediblər. 

Qeyd edək ki, nəzarətçilərin əmək haqları 350 avro təşkil edir. Bir nəzarətçiyə 100 məhkum düşür. 

L.Ə
www.ÇıxışYolu.Com

Ətraflı
Tramp Rusiyanın Suriyadakı hərəkətini rüsvayçılıq adlandırdı

Tramp Rusiyanın Suriyadakı hərəkətini rüsvayçılıq adlandırdı

ABŞ prezidenti Donald Tramp Rusiyanı və İranı Suriyada baş verənlərə görə tənqid edib və Moskva ilə Tehranın bu ölkədəki hərəkətlərini “rüsvayçılıq” adlandırıb, ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir. 

Amerika liderinə son zamanlar Suriyanın Şərqi Quta əyalətində baş verənlər barədə sual veriblər.

“Deyim ki, bu yaxınlarda Rusiya, İran və Suriyanın etdikləri humanitar rüsvayçılıqdır. Bu üç ölkənin son zamanlar Şərqi Quta sakinlərinə qarşı törətdikləri – rüsvayçılıqdır”, deyə qeyd edib.

Tramp bunu Avstraliyanın baş naziri Malkolm Ternbulla birgə mətbuat konfransı zamanı bəyan edib.

ABŞ prezidenti həmçinin Amerika ordusunun Suriyaya gəlməsinin yeganə məqsədinin “İŞİD” terrorçularını darmadağın etmək olduğunu bildirib.

“Orda olmağımızın yeganə səbəbi İŞİD-i məhv etmək və evimizə qayıtmaqdır. Bizim başqa səbəblərimiz yoxdur”, – deyə, o, qeyd edib.

www.ÇıxışYolu.Com

Ətraflı
“Taliban” azı 25 hərbçini qətlə yetirdi

“Taliban” azı 25 hərbçini qətlə yetirdi

Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində “Taliban” ın silahlıları hərbi bazaya hücum ediblər.

ÇıxışYolu.Com xəbər verir ki, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb.

Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin cənub-qərbində Hacılar və Abu Kabe yaşayış məntəqələrini terrorçulardan azad ediblər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1931-ə çatıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Çıxışlarından çox, geyimləri müzakirə olunan konkisürənlər – FOTO

Çıxışlarından çox, geyimləri müzakirə olunan konkisürənlər – FOTO

Qış Olimpiya Oyunlarında idmançıların geyimləri ilə bağlı problemlər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. 

ÇıxışYolu.Com xəbər verir ki, Olimpiadanın ilk günündə fiqurlu konkisürmə yarışında qısa rəqs proqramını yerinə yetirən zaman yunan mənşəli fransalı Qabriela Papadakisin rəqs geyimi az qala onun yarışdakı çıxışına kölgə salıb. 

İngilis bəstəkar Ed Şiranın mahnısının müşayiəti altında tərəfdaşı Qiyom Sizeronla buz üzərində rəqs edən zaman yaşıl-qızılı geyiminin kəməri qırılaraq onu çətin vəziyyətdə qoyub.

Nəticədə onun döşü görünüb. Habelə bundan üzülməyən konkisürən geyiminin qüsurunu aradan qaldırıb və yarışa davam edərək finala vəsiqə qazanıb. Özündə cəsarət tapan xanım gümüş medalın sahibi olub.

Winter Olympic skater Gabriella Papadakis suffered a wardrobe malfunction during her routine

Ancaq bu, Olimpiadada qüsurlu geyimlərlə bağlı ilk problem deyil. Bundan əvvəl cənubi koreyalı konkisürən Yura Minin amerikalı tərəfdaşı Aleksander Qeymlinlə debüt çıxışı zamanı qırmızı köynəyi milyonlarla tamaşaçı qarşısında az qala əynindən çıxıb.

O, özünü itirməyərək tez köynəyini düzəldib və çətin vəziyyətdən çıxa bilib. “Instagram” səhifəsində Yura Min bundan sonra geyimlərini özü tikəcəyinə söz verib.

Yura Min

Həmçinin sərbəst proqramda XIX yeri tutmuş Türkiyəni təmsil edən idmançıların geyimi tənqidlə qarşılanıb. Belə ki, ukraynalı Alisa Aqafonova ilə Alper Uçarın geyimi “Reuters”də gedən yazıda mühafizəkar olduğu üçün tənqid olunub.

Qədim Misir forması ilə meydana çıxmış idmançıların bu idman növündə ən qapalı geyimdən istifadə etdiyi bildirilib.

Türk çift derecesi ile değil kostümü ile gündem oldu!

Alisa Aqafonova isə müsəlman bir ölkə adından çıxış etdiyini, lakin nə istəyərsə, onu geyindiyini qeyd edib.

Alper Uçar bildirib ki, Türkiyənin bir qismi də Avropaya aiddir və buna görə onların geyimlərinə qarışılmır:

“Biz multikultural ölkəyik və ənənəvi geyimlərimiz həmişə auditoriya tərəfindən çox yaxşı qarşılanıb. Demokratik ölkəyik, bizə təzyiq yoxdur. Onlar həmişə bizi dəstəklədikləri üçün burada çıxış edirik”. 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanlı biznesmenin qətlinin arxasında kim dayanır?

Azərbaycanlı biznesmenin qətlinin arxasında kim dayanır?

Moskvanın Çertanovsk küçəsində qətlə yetirilmiş 42 yaşlı azərbaycanlı iş adamı Anar Əliyev  Rusiya paytaxtının Cənub inzibati dairəsinin ərazisində çoxsaylı ticarət çadırlarının sahibi olub.

Bu barədə Moskvanın Azərbaycan diasporunun nümayəndəsi Azər Qurbanov ÇıxışYolu.Com-a açıqlama verib

Qeyd edək ki, fevralın 22-də, səhər saatlarında naməlum şəxs parkinq yerində olan “Lexus” markalı avtomobili atəşə tutub, avtomobilin sükanı arxasında əyləşmiş Anar Əliyev dörd güllə yarası alıb.

Ölümcül yaralanan Əliyev hadisədən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. 

İstintaq orqanları qətlin sifarişli olduğunu açıqlayıb. Müşahidə kamerasına düşən qatilin arıq bədən quruluşuna malik, Qafqaz milliyyətindən olduğu ehtimal edilən kişi olduğu bildirilir. Qatil küçədə Əliyevin avtomobilini gözləyib, sonuncu maşını duracaqdan çıxaran zaman onu atəşə tutub.

Qurbanovun sözlərinə görə, Cənub dairəsi ticarət üçün olduqca gəlirli yerdir:

“Əvvəllər Zapadnı Biryulyevada  çoxsaylı azərbaycanlıların işlədiyi ən iri “Pokrovsaya” meyvə-tərəvəz bazası  (keçmiş Brejnevski) yerləşirdi. Həmin ərazi daima hüquq-mühafizə strukturlarının diqqətində olub, belə ki, orada mütəmadi olaraq azərbaycanlı və digər qanuni oğruların “sxodkaları” keçirilib.

“Pokrovskaya” bazasının bir çox  ticarət obyektlərinin sahibləri yerli kriminal qruplaşmaların himayəsindən istifadə edib. Bazanın bağlanmasına baxmayaraq, biznesmenlərdən xərac toplayan kriminal qruplaşmalar fəaliyyəti davam etdirib. Bu gün həmin rayonda çox sayda azərbaycanlılar çalışır.

Anar Əliyevi kiçik sahibkar adlandırmaq düzgün olmaz. Əliyevin biznesi yüksəlməkdə idi. İstisna deyil ki, bu, kriminal avtoritetlərin diqqətini cəlb edib. Əsas ehtimallardan birinə görə, o, pula görə və ya xərac ödəməkdən imtina etdiyinə görə sui-qəsd qurbanına çevrilib. İkinci versiya  biznesmenin çalışdığı sahəyə başqa azərbaycanlı həmyerlisinin göz tikməsidir”.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

Türkmənistanda aidiyyəti qurumlar qadın sürücülərin vəsiqələrinin etibarlılıq müddətinin uzadılmasını dayandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Alternativnıye novosti Turkmenistana” nəşrinin saytında məlumat yayılıb.

Türkmənistanda sürücülük hüququ məhdud müddətə – 10 il müddətinə verilir. 

Məlumata görə, qadınlar vəsiqənin etibarlılıq müddətinin uzadılması üçün dövlət yol polisi müfəttişliyinə müraciət etsələr də, orada əyləşən məmurlar yuxarıdan bu barədə göstərişin gəldiyini əsas gətirərək, ərizələri qəbul etmir.

Müfəttişlik konkret olaraq kimin bu barədə göstəriş verdiyini açıqlamır.

Şikayətçilərin sözlərinə görə, onlar kömək üçün hüquqşünaslara üz tutsa da, yalnız məhkəmə və prokurorluğa ünvanlanan ərizəni doldurmağa kömək edə biləcəklərini deyir və hökumətin təzyiqlərindən qorxaraq qadın sürücüləri tam olaraq dövlət qurumlarında və ya məhkəmədə təmsil etməkdən boyun qaçırırlar.  

Poliklinikanın həkimləri isə sürücülük vəsiqəsi üçün tələb olunan tibbi-müayinələr zamanı bu barədə susurlar. Qadınlar həmişə olduğu kimi, bu müəssisələrdən tibbi arayış alır. Qadın sürücülər Dövlət Yol Polisi Müfəttişliyinin zərif cinsdən olan sürücülər üçün sənəd qəbulunu dayandırdığını öyrəndikdən sonra həmin arayış lazımsız kağız parçasına çevrilir. Məsələ ondadır ki, bu arayış onlara pulsuz başa gəlmir.

Şifahi qadağa barədə hələlik heç bir rəsmi məlumat verilmir. Ancaq Dövlət Yol Polisi Müfəttişliyinə yaxın olan mənbələr jurnalistlərə verdikləri açıqlamada, dekabr ayında daxili işlər naziri İsgəndər Mulikovun prezident Qurbanqulu Berdiməhəmmədova qadınların tez-tez qəzalar törətdiyini məruz etdiyini bildirir. 

Dövlət başçısı məsələnin araşdırılmasını tapşırıb. Buna qədər qadınların avtomobil idarə etməsini qadağan edən yeganə ölkə Səudiyyə Ərəbistanı sayılsa da, ölkədə aparılan islahatlardan sonra 2018-ci ildə bu qadağa ləğv olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 338 1. 339 1. 340 1. 341 1. 342