ABŞ Əsədi hərbi müdaxilə ilə hədələdi

ABŞ Əsədi hərbi müdaxilə ilə hədələdi

Vaşinqton Suriyada münaqişənin hərbi yolla həlli variantını istisna etmir və bu ölkənin qüvvələrinə zərbələr endirmək hüququnu qoruyub-saxlayır.

ÇıxışYolu.Com “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Çikaqo Universitetinin Politologiya İnstitutunda etdiyi çıxışı zamanı danışıb.

“İstənilən situasiyanın qiymətləndirilməsi zamanı məsələnin hərbi həlli yolu heç vaxt istisna edilmir”, – deyə Heyli bildirib.

Amerikalı diplomat bildirib ki, ABŞ-ın Suriya münaqişəsinin mərkəzində olmaq niyyəti yoxdur, kimyəvi silahlarla hücuma məruz qalan suriyalılara yardım üçün ABŞ əlindən gələni etməlidir.

Heyli bildirib ki, ABŞ prezidenti Donald Tramp hərbi sferada ata biləcəyi mümkün addımları ictimailəşdirməməyi vəd edib.

Diplomatın sözlərinə görə, Suriya hökuməti bilir ki, ABŞ ona qarşı hərbi xarakterli ölçülər qəbul  edə bilər.

Fevralın 13-də Fransa prezidenti Emmanuel Makron Parisin Suriya hökumət qüvvələrinin mövqelərinə aviazərbələr endirilməsi təklifinin nəzərdən keçirildiyini bildirib. Makronun sözlərinə görə, hərbi müdaxilə yalnız Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi təqdirdə tətbiq oluna bilər. Fransa lideri etiraf edib ki, hal-hazırda bununla bağlı hər hansı sübut yoxdur.

Bundan əvvəl “Associated Press” suriyalı ictimai fəallara və xilasedicilərə istinadən Əsəd ordusunun Dəməşq yaxınlığında yerləşən Şərqi Quta rayonunda kimyəvi silahdan istifadə etdiyi xəbərini yaymışdı.

Suriya hökuməti bu ittihamları rədd edib. ABŞ BMT daimi nümayəndəsi isə bütün məsuliyyəti Rusiyanın üzərinə atıb.

Xatırladaq ki, 2017-ci ilin aprel ayında ABŞ Suriyanın hərbi aeroportlarından birinə zərbələr endirib. ABŞ hərbi dəniz qüvvələrinə aid Aralıq dənizində üzən iki gəmidən hədəflərə 50 “Tomoqavk” raketi buraxılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Sankt-Peterburqda terror aktının qarşısını alınıb

Sankt-Peterburqda terror aktının qarşısını alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda terror aktının qarşısını alıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Bu gün FTX-nin yerli idarəsinin əməkdaşları Mərkəzi Asiya sakinini saxlayıblar. İdarənin məlumatına görə, həmin şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış.  

Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.

www.ÇıxışYolu.Com

Ətraflı
Rusiya telekanalının efirində dava – VİDEO

Rusiya telekanalının efirində dava – VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Görüş yeri” (“Место встречи”) proqramının aparıcısı Andrey Norkin canlı efirdə verilişin qonağı, ukraynalı ekspert Dmitri Suvorovla əlbəyaxa olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, Ukraynanın Donbas vilayətindəki vəziyyətlərin müzakirəsi zamanı studiyada vəziyyət o qədər gərginləşib ki, aparıcı qonağa yaxınlaşmalı və onu sakitləşdirmək üçün əlindən tutmalı olub.

Lakin bundan sonra vəziyyət daha da pisləşib və dava başlayıb.

İnsidentdən sorna Suvorovu studiyadan kənarlaşdırıblar.

Norkinin həmkarı – Olqa Belova onu dəstəkləyərək, “qonağın özünü kobud apardığını, prinsipsiz mövqe sərgilədiyini” bildirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Moskvada azərbaycanlı biznesmeni güllələdilər – VİDEO

Moskvada azərbaycanlı biznesmeni güllələdilər – VİDEO

Moskvada azərbaycanlı biznesmen Anar Əliyev güllələnib.

ÇıxışYolu.Com xəbər verir ki, sui-qəsdin videogörüntüsü “Mash” “Telegram” kanalında yayılıb.

İş adamı evinin qarşısında olan parkinq yerindən avtomobili çıxaran zaman yolayırıcında onun idarəetdiyi “Lexus” avtomobilinə naməlum şəxs yaxınlaşıb və sürücünün baş nayihəsindən atəş açıb.

Anar Əliyev aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Anar Əliyev Rusiyada fast-fud şəbəkələrindən birinin sahibi olub.

www.ÇıxışYolu.Com

Ətraflı
BMT-nin atəşkəs qərarı “Zeytun budağı”nı saxlayacaqmı?

BMT-nin atəşkəs qərarı “Zeytun budağı”nı saxlayacaqmı?

Suriyanın Afrin bölgəsində PKK, PYD, YPG-li və İŞİD-çi terrorçulara qarşı Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən başladılan “Zeytun budağı” əməliyyatının 30-cü gündə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsələnin müzakirəsi və qarşı duran tərəflər arasında atəşkəsə nail olunması ilə bağlı qərarın səsverməyə çıxarılması gözlənilir.

ÇıxışYolu.Com-ın xəbərinə görə,  belə ki, BMT Təhlükəsizlik Şurası bugünkü iclasında Suriyada 30 günlük atəşkəsin elan olunması yönündə qərar verməyə hazırlaşır.

Bu da öz növbəsində Türkiyədə geniş rezonansa səbəb olub.

Belə ki, atəşkəslə bağlı qərar veriləcəyi təqdirdə, “Zeytun budağı” əməliyyatının taleyi qaranlıq qalmış olur.

Türkiyə isə bununla razılaşmaq fikrində deyil.

“Sözçü”-nün  Türkiyə rəsmilərinə istinadən xəbərinə görə, Azad Suriya Ordusu (ASO) ilə birgə aparılan əməliyyatın “terrorla mübarizə əməliyyatı” olduğu və bu səbəbdən də atəşkəs qərarının bu əməliyyata təsir etməyəcəyi vurğulanır. 

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Tramp  müəllimləri silahlandırmağa çağırdı

Tramp müəllimləri silahlandırmağa çağırdı

ABŞ prezidenti Donald Tramp Florida məktəbində törədilən qətliamla bağlı çıxışında , müəllimlərin silahlandırılması təklifi ilə çıxış edib.  Ağ Ev rəhbəri eyni zamanda artan silahlı insidentlər fonunda silah satışına olan dövlət nəzarətini gücləndirməyi vəd edib.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Deutsche Welle” ABŞ mətbuatına istinadən məlumat yayıb.

Fevralın 21-də Ağ Ev də baş tutan görüşdə eyni zamanda  öldürülmüş uşaqlardan birinin atası iştirak edib.

Tramp silah əldə etməyə çalışan vətəndaşların sənədlərinin və tərcümeyi-hallarının  hərtərəfli şəkildə yoxlanılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqların veriləcəyini bildirib.

Hər şeydən əvvəl, müştərilərin psixiki sağlamlıq durumları  nəzərə alınacaq.  ABŞ prezidenti  bəzi müəllimlər üçün silahdan istifadə qaydaları ilə bağlı treninqlərin təşkil olunmasını təklif edib.  

Trampın sözlərinə görə, bu müəllimlərin məktəbə potensial  silahlı hücum zamanı müqavimət göstərmək və hücumu dəf etmək üçün vacibdir.

Xatırladaq ki, fevralın 14-də Floridanın Parklend şəhər orta məktəbində gənc tərəfindən törədilmiş qətliam  azı 17 nəfərin həyatına son qoyub.  Atəş açan şəxs polis tərəfindən həbs olunub. ABŞ  K.İ.V onun 19 yaşlı Nikolaz Kruz olduğunu bildirir.

Terror hücumundan sonra məlum olub ki, hələ yanvarın əvvəli  anonim şəxs Federal Təhqiqatlar Bürosuna  zəng edərək, Kruzun sosial şəbəkələrdə qəribə ismarışları və məktəbdə qətliam törətmək planları barədə xəbər edib.

Zəng edən şəxs eyni zamanda gəncdə odlu silahın olduğunu diqqətə çatdırıb. Habelə bu məlumatlara baxmayaraq, hüquq mühafizə orqanları silahlı insidentin qarşısını almaq üçün heç bir addım atmayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Məhbuslar nəzarətçini xilas etdilər – VİDEO

Məhbuslar nəzarətçini xilas etdilər – VİDEO

ABŞ Ueterford şəhərində keçmiş həbsxana nəzarətçisi infarkt keçirən zaman ona yardım edən məhbuslara təşəkkür edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə WFAA məlumat yayıb.

Heri Qrim 2016-cı ilin iyun ayında dairə məhkəməsinin binasında kameraya nəzarət edən zaman huşunu itirib.

Məhbuslar onun halının pisləşdiyi görüb, divarı döyərək, qışqırmağa, yardım çağırmağa başlayıb. Habelə kənardan yardım gözləmədən kameradan çıxıb və bununla şerif  köməkçilərinin diqqətini çəkib. Sonradan məhkəməyə təcili tibbi yardım çağırılıb.

Qrim onun həyatını xilas edən məhbuslara şəxsən təşəkkür edə bilməmişdi. Belə ki, xəstəxanadan çıxan zaman məhbuslar artıq başqa cəzaçəkmə müəssisəsinə göndərilmişdilər.

Habelə hadisədən iki il yarım sonra keçmiş həbsxana keşikçisi bu əhvalat barədə yerli telekanallardan birində danışıb və öz xilaskarlarına təşəkkür edib.  

“Mənim pisliyimi istəsəydilər, sadəcə, yerlərinə oturub, heç nə etməyə bilərdilər”, – deyə Qrim bildirib.

Onun sözlərinə görə, məhbuslar onu öldürə və ya girov götürə, daha sonra isə ərazidən qaça bilərdilər. Ancaq onlar insani jest göstərərək, onun həyatını xilas etməyə qərar veriblər.

www.ÇıxışYolu.Com

Ətraflı
ABŞ hokkeydə Olimpiya çempionu oldu

ABŞ hokkeydə Olimpiya çempionu oldu

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında qadın hokkeyinə yekun vurulub.

ÇıxışYolu.Com xəbər verir ki, dünən bürünc medallar uğrunda görüşdə Finlandiya Rusiya atletlərinə 3:2 hesabı ilə qalib gələrək yarışda III yeri tutublar.

Bu gün səhər isə finalda ABŞ və Kanada hokkey milliləri üz-üzə gəliblər. Burada da eyni hesab qeydə alınıb. ABŞ Kanadadan üstün olaraq qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, kişi hokkeyində də artıq mübarizə sona yaxınlaşır. Çexiya ABŞ-dan, Rusiya atletləri Norveçdən, Kanada Finlandiyadan, Almaniya isə İsveçdən üstün olub.

Sabah yarımfinalda Çexiya Rusiya atletləri, Kanada isə Almaniya ilə qarşılaşacaq.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyə Afrin istiqamətində irəliləyən qüvvələri məhv edəcək

Türkiyə Afrin istiqamətində irəliləyən qüvvələri məhv edəcək

Türkiyə Silahlı qüvvələrinə Afrin istiqamətində hərəkət edən istənilən qüvvəni məhv etmək göstərişi verilib.

ÇıxışYolu.Com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Ordu Baş Qərargahı, Suriya Xalq Qüvvələrinə aid yaraqlıların Afrina daxil olmağa cəhd etməsindən sonra belə qərara gəlib.

Məlumata görə, Afrinin terrorçulardan təmizlənməsi ilə bağlı aparılan döyüş əməliyyatlarına ötən gün Türkiyə xüsusi təyinatlı jandarm və polis qüvvələri də səfərbər olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 339 1. 340 1. 341 1. 342