Ermənistanda yeni mərhələ başlayır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Armen Sarkisyan Ermənistanın prezidenti seçildi. Ermənistan parlamentində keçirilən səsvermədə Sarkisyanın lehinə 90 nəfər, əleyhinə 10 nəfər səs verdi.
Beləliklə, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti oldu”, – deyən politoloqun sözlərinə görə, bu, Ermənistanın parlament respublikasına keçidindən sonra ilk prezident seçkisidir və bu seçki ilk dəfə ümumxalq səsverməsi yolu ilə deyil, parlament səsverməsi yolu ilə həyata keçirildi:
“Ermənistanda yeni mərhələ başlayır. Prezident sıradan fiqura çevrilib, əsas söz sahibi, baş nazir olacaq. Böyük ehtimalla, bundan sonra Azərbaycan prezidenti ilə görüşlərə də Ermənistanın baş naziri qatılacaq”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com