Yeri maqnit qasırğası bürüyəcək

Yeri maqnit qasırğası bürüyəcək

Martın 18 Yerə güclü maqnit qasırğası daxil olacaq. Astronomların proqnozlarına görə martın 14,16 və 17-də güclü geomaqnit şərait gözlənilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Həmin müddətə qədər, fevralın sonundan martın ortalarına kimi maqnitosfera qatında sabitlik hökm sürəcək.

FİAN Günəş rentgen astronomiyası laboratoriyasına görə, martın 18-də gözlənilən maqnit qasırğası ilin əvvəlindən bəri sayca 3-cü maqnit qasırğası olacaq. Buna qədər nisbətən zəif maqnit qasırğası  fevralın 19 və yanvarın 15-də qeydə alınıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyədə yeni silah sınaqdan keçirilib

Türkiyədə yeni silah sınaqdan keçirilib

Türkiyədə istehsal olunan 5.56 və 7.62 millimetr kalibrli avtomatlar uğurlu şəkildə sınaqdan keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyəni hərbi şirkəti “TİSAŞ” məlumat yayıb.

Türkiyənin istehsal etdiyi bu avtomatın NATO standartlarına cavab verdiyi bildirilir.

“Yaxın zamanlarda 5,56 və 7,62 millimetr kalibrli yerli avtomat silahların kütləvi istehsala çıxarılacağı gözlənilir”, – deyə şirkətin məlumatında deyilir.

Məlumata görə, hər il Türkiyədə 25 min avtomat istehsal olunacaq.

www.ÇıxışYolu.Com 

Ətraflı
Əli Həsənov: Xocalı soyqırımını törədənlər cəzalarını almalıdır

Əli Həsənov: Xocalı soyqırımını törədənlər cəzalarını almalıdır

Dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını törədənlər də cəzalarını almalıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Anadolu”ya müsahibəsində deyib.

“Bu  cinayəti onlar törətdilər. Ona görə də insanlıq əleyhinə olan bu cinayətə qiymət verilməlidir”, – deyən Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyaya  tanıtmaq üçün çalışır.

Onun sözlərinə görə, 10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar verilib:

“Əlbəttə, bu qətliamın tanınması zaman tələb edir. Amma hesab edirik ki, dünyada ədalət və haqq olacaqsa, bu cinayəti törədənlər də cəzasını alacaq. Çünki bir gecədə azərbaycanlılar azərbaycanlı və türk olduğu üçün qətl ediliblər. 

Burada məqsəd həmin torpaqlardan azərbaycanlıların çıxarılması və yerində arzuladıqları Böyük Ermənistan dövlətinin qurulması istəyi olub. Torpaq iddiasına görə bir xalqın mənsublarını uşaq, qadın, yaşlı demədən qətl ediblər”.

Ə. Həsənov Hollandiya təmsilçilər Məclisinin 1915-ci il qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına da münasibət bildirib.

Prezidentin köməkçisi bildirib ki, parlamentlər soyqırımla bağlı qərarlar qəbul etməzdən əvvəl araşdırmalar aparmalıdır: 

“Tarixdə erməni soyqırımı olmayıb. Bu, uydurma bir tələbdir və bu tələbi 100 ildir ki, emənilər irəli sürür. Türk xalqından təzminat almaq üçün onu etmədiyi  bir şeylə təqsirləndirərək üzərinə gedirlər. Təəssüf edirik ki, dünyanın əksər dövlətləri bu məsələni araşdırmadan qərarlar qəbul edirlər. Bu qərarlara etiraz edirik.

Olmayan bir şeyə görə Türkiyəni günahlandırmaq keçirilən səsvermənin ədalətsizliyidir. Türklərin 100 il əvvəl soyqırım etdiyini deyənlər əvvəlcə arxivləri araşdırsınlar. Tarixçilər də bu məsələni araşdırsın. Onlar nə qərar verəcəksə, biz də onu qəbul edəcəyik. Ancaq  bunu etmək istəmirlər, çünki belə bir soyqırım olmayıb”.

Ə. Həsənov Türkiyənin Afrin bölgəsində həyata keçirdiyi “Zeytun dalı” əməliyyatına da münasibət bildirib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, “Türkiyə Afrinə girərkən də, başqa hərbi əməliyyatlar həyata keçirən zaman da heç kimin torpağına göz dikməyib. Amma Türk xalqına olan basqılar, Türkiyənin bütövlüyünə yönələn təhdidlər, onun ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terroristlərə qarşı Türkiyə dövləti amansız olub və belə də davam edəcək”.

Biz də gücümüzün çatdığı qədər Türk dövlətinin yanında olacağıq. Biz Azərbaycan dövləti olaraq da bildirdik ki, Afrində həyata keçirilən əməliyyat Türkiyənin təhlükəsizliyi anlamında onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək , Afrini işğal etmək məqsədini daşımır.

Orada Türkiyənin bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı əməliyyat həyata keçirilir. Bu təhdidlər bitdikdən sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir”, – deyə Ə. Həsənov bildirib.

 Prezidentin köməkçisi vurğulayıb ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir: 

“Bunun təməlini öndərlərimiz qoyub. Böyük Atatürk “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir” deyib. Azərbaycanın lideri Heydər Əliyev də “Biz tək millət, iki dövlətik” deyib:

“Bizim taleyimiz eynidir, kədərimiz və sevincimiz də eynidir. Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdür. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girəcəksə, o zaman üzüləcək”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Britaniyada partlayış: Ölənlər var

Britaniyada partlayış: Ölənlər var

Britaniya polisi fevralın 25-də, axşam saatlarında İngiltərənin Lester şəhərində yerləşən kiçik ərzaq mağazasında baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Lesterdə gecə baş verən partlayış nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyirik”, – deyə bəyanatda deyilir.

Partlayış nəticəsində ikimərtəbəli bina tamamilə dağılıb. Binanın birinci mərtəbəsində mağaza fəaliyyət göstərib. Hadisə baş verən vaxt mağazada və ya yuxarı mərtəbədə yerləşən mənzillərdə nə qədər insanın olduğu barədə dəqiq məlumat yoxdur.

Lester polisi yerli yanğın mühafizə xidməti ilə birgə fakt üzrə araşdırma aparır.  Hüquq-mühafizə orqanları, insidentlə terror arasında hər hansı əlaqənin ortaya çıxmadığını açıqlayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Özəl Hərəkat” dəstələri Afrinə daxil olub

“Özəl Hərəkat” dəstələri Afrinə daxil olub

Türkiyə Silahlı  Qüvvələri (TSQ) tərəfindən Suriyasının Afrin bölgəsində terrorçulara qarşı aparılan “Zeytun budağı” əməliyyatında yeni mərhələ başlanıb.

ÇıxışYolu.Com-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq TSQ-yə məxsus “Özəl Hərəkat” dəstələri də Afrinə daxil olublar.

“Özəl hərəkatçı”lar Kilisin Gülbaba və Hatayın Hassa sərhədindən Afrinə giriblər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
İraqda türkiyəli qadınları edam cəzasına məhkum etdilər

İraqda türkiyəli qadınları edam cəzasına məhkum etdilər

İraq məhkəməsi İŞİD terror qruplaşmasına qoşulmuş və Türkiyə vətəndaşı olan 16 qadın haqqında ölüm hökmü çıxarıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məhkəmənin məlumatında bildirilir ki, qadınlar terrorçulara kömək etdiklərini etiraf ediblər.

Qeyd olunur ki, həmin şəxslər hökmdən şikayət edə bilərlər.  

Bundan başqa, yaşları 20-dən 50-dək olan daha 10 türkiyəli qadın müxtəlif həbs cəzalarına məhkum olunub.

Onlar İraqa sonradan döyüşlərdə öldürülən ərləri ilə gəliblər. Qadınları uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Tel-Afarda saxlayıblar.

www.ÇıxışYolu.Com

Ətraflı
Kadırovun Latviyaya girişinə qadağa qoyuldu

Kadırovun Latviyaya girişinə qadağa qoyuldu

Çeçenistan lideri Ramzan Kadırov və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Serqey Maqnitski” işi ilə əlaqədar, Latviyaya girişi qadağan olunan şəxslərin siyahısına daxil edilib.

ÇıxışYolu.Com “RİA Novosti”ə istinadən xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayılıb.

Bundan əvvəl fevralın 22-də Latviya xarici işlər naziri Edqar Rinkeviç öz Twitter hesabında, 49 şəxsin Latviyaya səyahətinin qadağan olunduğunu göstərən yazı paylaşmışdı.

Nazir bildirmişdi ki, qadağa Latviyanın miqrasiya qanunun 61-ci maddəsinin 2-ci hissəsi və baş nazirin 22 fevral tarixli qərarına uyğun olaraq seymin “Maqnitski işi” üzrə sanksiya çağırışı əsasında tətbiq olunub.

Siyahıya Çeçenistan lideri Ramzan Kadırov, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Böyük Britaniya prokurorluğu tərəfindən keçmiş FTX zabiti Aleksandr Litvinenkonun ölümündə təqsirləndirilən keçmiş Rusiya xüsusi xidmət orqanı əməkdaşı Andrey Luqovoy və digər şəxslərin adları daxil edilib.

Layihə seymin xarici işlər üzrə komissiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, fevralın 8-də seym hökuməti hüquqşünas Sergey Maqnitskinin işi ilə əlaqədar şəxslərə qarşı sanksiya tətbiqinə çağırıb. Qanun layihəsində seymin deputatları Rusiyanı Maqnitskinin ölümünün lazımı səviyyədə araşdırmamaqda ittiham edib.

www.ÇıxışYolu.Com

Ətraflı
“Zeytun budağı”nın ilk mərhələsi başa çatıb

“Zeytun budağı”nın ilk mərhələsi başa çatıb

Türkiyə Suriyanın Afrin şəhərində “Zeytun budağı” hərbi əməliyyatların birinci mərhələsini başa vurub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Haberturk telekanalı məlumat yayıb.

Bildirilir ki, Suriya ərazisinə Hatay və Kiliz rayonlarında daxil olan Türkiyə ordusu birləşərək Afrin ətrafında aypara şəklində xətt formalaşdırıb.

Xatırladaй ki, Türkiyənin baş naziri Binəli Yıldırım yanvarın sonlarında bildirmişdi ki, əməliyyat dörd mərhələdə keçiriləcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə ordusunun Afrində növbəti uğuru

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində daha beş yaşayış məntəqəsini terrorçulardan təmizlənib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Söhbət Afrinin şimal-qərbində yerləşən Şeyx Məhəmmədli, Dudu, Semalık, Vəlikli və Kavanda yaşayış məntəqələrindən gedir. 

“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 2018-ə çatıb.

www.ÇıxışYolu.Com

Ətraflı
BMT TŞ Suriyaya dair qətnamə qəbul etdi

BMT TŞ Suriyaya dair qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəsə dair qətnamə qəbul edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə. bu barədə RİA Novosti nəşri yazır.

Qətnamənin mətninə əsasən, tərəflər silahlı toqquşmaları dayandırmalı və Suriya ərazisində humanitar yardımın qəbul edilməsi və yaralıların çıxarılması üçün 30 günlük atəşkəs rejimini təmin etməlidirlər.

Qeyd olunur ki, atəşkəs rejimi terrorçularla mübarizəyə istiqamətlənmiş əməliyyatlara aid deyil.

www.ÇıxışYolu.Com

Ətraflı
1 1. 368 1. 369 1. 370 1. 371 1. 372 1. 373