Tayvanda bir ana özü kimi diş həkimi olan oğluna qarşı məhkəmə iddiası qaldırıb.
ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, ana oğulundan təhsil xərclərini ödədiyi üçün 1,7 milyon dollar təzminat istəyib.
Qeyd edək ki, tayvanlı qadın ərindən boşanaraq, iki oğlunu təkbaşına böyüdüb. Oğulları hələ kiçik yaşda olarkən onları diş həkimliyi fakultəsində oxudacağına və məzun olduqdan sonra fədəkarlığının qarşılığında təzminat alacağında dair müqavilə imzalayıb.
Böyük oğul anası ilə razılığa gələrək, az miqdarda pul ödəməklə müqaviləni ləğv etdirib. Kiçik oğul isə anasının klinikasında işlədiyini və ona daha çox pul qazandırdığını əsas gətirərək, təzminat ödəməkdən yayınıb.
Məhkəməyə üz tutan qadın faizlər də daxil olmaqla oğlundan 967 min dollar alıb.
Nəzərə çatdıraq ki, bu hadisə bütün dünyada geniş müzakirələrə səbəb olmaqla bərabər, maraqlı araşdırmalar ortaya çıxarıb.
Məlum olub ki, ABŞ-da bir uşaq 18 yaşına çatana qədər ailəsi ona 233 min 610 dollar xərcləyir. İngiltərə uşağa çəkilən xərclər baxımından ən bahalı ölkə hesab edilib. Bir ingilis ailəsi gəlirlərinin ortalama 33,8 faizini uşağa xərcləyirlər. Bu nisbət Yeni Zellandiyada 29, İrlandiyada 27,4, İsveçrədə 25,6 faiz təşkil edir.
Qonşu Türkiyədə isə bir ailə uşağı 18 yaşına çatana qədər ona 250 min dollar xərcləyir.
Ətraflı