Cavanşir Məmmədov: “İmperatoram, söz deyən olsa, əlbəyaxa döyüşərəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Cavanşir Məmmədov hazırda Azərbaycan şou biznesində ağsaqqal
olduğunu, “İmperator” titulu daşıdığını deyib.
Lent.az-ın xəbərinə görə, o, Xalq artisti İlhamə Quliyevadan sonra yerli
şou-biznesə nizam verdiyini söyləyib.
“İlhamə heç kimlə əlbəyaxa olmurdu, amma mən, yeri gəlsə, olaram. Mən kişiyəm.
Birdən kimsə durub sözümün önündə söz desə, xasiyyətimə bələd insanam, düz
alınmaz. Şou-biznesdə heç kimin işinə qarışmıram. Heç bir sənət adamı ilə
oturub durmuram. Xasiyyətimə görə hərəkət edirəm”, – deyən müğənni bildirib.
O, müasir şou-biznes nümayəndələrinin, xüsusən xanımların görünüşünü də tənqid
edib:
“Ağızlarına protez dişlər qoydururlar. Dərisi qara olan müğənni ağzına ağ diş
qoydurur. Hələ bu azmış kimi, dodaqlarını da şişirdir edir, nə boyda. Sənin
haranı bəyənib, haranı tərifləyək?”