ef307c3e-5c46-4ead-8301-4273421fb4cd..jpg

Cavanşir Məmmədovla vida mərasimi keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM

Baxış sayı: 422 dəfə baxılıb.

Cavanşir Məmmədovla vida mərasimi keçirilir – YENİLƏNİR + FOTO/CANLI YAYIM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Cavanşir Məmmədovun nəşi Göy məsciddən evinə aparılıb.

Cixisyolu.com bildirir ki, mərhum sənətçi ilə vida mərasimi keçirilir.

15:26

Əməkdar artist Cavanşir Məmmədov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Bunu Cixisyolu.com-a açıqlamasında Cavanşir Məmmədovun qudası Vəli Məmmədov deyib.

Onun sözlərinə görə, mərhum sənətçi yüksək təzyiqdən və şəkər xəstəliyindən
əziyyət çəkirmiş:

“Hazırda başımız yas məclisinə qarışdığı üçün onun konkret olaraq nədən vəfat
etdiyini bilmirik, heç həkimin verdiyi kağıza da baxmamışıq”.

Hazırda Cavanşir Məmmədovun cənazə namazı qılınır.

15:15

Bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edən Əməkdar artist
Cavanşir Məmmədovun nəşinin ekspertizası bitib.

Cixisyolu.com-ın məlumatına görə, onun cənazəsi Göy məscidə gətirilib.

13:57

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

Cixisyolu.com-ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə
Göy məscidə göndəriləcək.

Daha çox şəkil burada: PhotoStock.az

13:18

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Cixisyolu.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)
məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda
həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.

12:55

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını
dəyişib.

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Əzizə İsmayılova, Rövşən Əsədov


Source link