73c79bc8-4faa-4ac7-b776-559e55dc23b5..jpg

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

Baxış sayı: 854 dəfə baxılıb.

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

Binəqədi Rayon Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə
Məmmədovanın qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı,
1980-ci il təvəllüdlü Mustafa İbili barəsindəki xüsusi ittiham qaydasındakı
şikayətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, X.Məmmədova keçmiş həyat yoldaşının Cinayət
Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cəzalandırılmasını
tələb edib.

X.Məmmədova bildirib ki, M.İbili dələduzluq edərək atası Cavanşir Məmmədova
170 000 manat, anası Rəfiqə Qafarovaya 59 000 manat və Rüfət Əhmədova 10 000
manat ziyan vurmaqla təkrar dələduzluq edib. Bakı Şəhər Baş Polis İdarəsində
aparılan cinayət işinin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib və hazırda məhkəmə istintaqı davam edir. Həmin iş üzrə
X.Məmmədova şahid qismində ifadə verdiyi gün M.İbili jurnalistlərə müsahibə
verərək keçmiş arvadının dələduzluq etdiyini iddia edib: “İbili yalan olduğunu
bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi
informasiya vasitələrində yayıb”.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O
148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Qeyd edək ki, Mustafa İbili eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində
Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq)
maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir.

Source link