ac885945-80a8-4798-8016-ff92481c1e65..jpg

Cavanşir Quliyev: “Bəlkə, Aygünü musiqiyə nahaq gətirdim…”

Baxış sayı: 778 dəfə baxılıb.

Cavanşir Quliyev: “Bəlkə, Aygünü musiqiyə nahaq gətirdim…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz ən böyük sənətçilərimizdən birini itirdik”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev
Əməkdar artist Aygün Bəylər haqqında danışarkən deyib.

“Aygün Bəylər bizi çox erkən tərk etdi. Aygünün ilk addımlarından yanında
olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə,
onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikir gəlir.

Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi.
Bir qismini həyata keçirmişdik, bir qismini yox. Aygünlə bağlı hər şey
xatirədir. O heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa
yatmırdı. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli
gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə
tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan
amillərin içində həyatı keçdi. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim.
Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları
var idi”.

Nəzrin Vahid

Source link