Çavuşoğlu: ABŞ-la anlaşdıq

Çavuşoğlu: ABŞ-la anlaşdıq

Baxış sayı: 3. 068 dəfə baxılıb.

Türkiyə ilə ABŞ YPG-li terrorçuların nəzarətində olan Suriyanın Menbiç bölgəsi ilə bağlı məsələdə anlaşıblar.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O, qeyd edib ki, anlaşmaya görə, YPG həmin bölgədən geri çəkiləcək:

“YPG-nin Menbiçdən geri çəkilməsinə iki ölkə, yəni, Türkiyə ilə ABŞ nəzarət edəcək.

Həmçinin, ABŞ-ın YPG-yə verdiyi silahları geri alması məsələni də gözdən keçirəcəyik və bu məsələdə də israr edəcəyik”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com