Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “S-400” sistemi ilə bağlı açıqlama verərkən, sistemlərin qutuda saxlanılmaq üçün alınmadığını deyib.
Bu barədə “HaberTürk” məlumat yayıb.
Nazir Havadan Müdafiə Sistemilərinə ehtiyac olduğunu vurğulayaraq, NATO müttəfiqlərinin Türkiyə sərhədindəki sistemlərini geri çəkdiklərini xatırladıb.
Türkiyənin yerli istehsalla müdafiə sistemi ehtiyacının 70 faizini qarşıladığını qeyd edən Çavuşoğlu Ağ Evlə “S-400” məsələsini çox müzakirə etdiklərini vurğulayıb:
“Müzakirələrə davam edək, amma necə edəcəyik? Yeni sistemlərə ehtiyacımız var. İki ədəd “S-400” bizə bəs etməz. ABŞ zəmanət verə biləcəksə, “Patriot” da ala bilərik. Bir ölkəyə bağlı qalmaq barədə məsuliyyətimiz yoxdur.
Niyə ABŞ və Rusiya arasında seçim etmək məcburiyyətində qalaq ki? İkisi ilə də münasibətlərimizi sağlam şəkildə davam edə bilərik. Problemləri dipolmatik yolla həll edə bilərik”.
O, qiymət və digər məsələlərdə razılaşa biləcəklərini deyib.
“Hətta bu ziyarətdə (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərində) ilk dəfə ortaq istehsal və texnologiya ilə bağlı amerikalıların müsbət yanaşması oldu. Amma bunların zəmanəti yoxdur. Sözlə olmaz”, – deyə nazir əlavə edib.