Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşündən sonra verdiyi açıqlamaları ikiüzlülük adlandırıb.
Sassoli bildirib ki, görüş zamanı guyaTürkiyənin Suriyadakı əməliyyatını və ölkənin Suriya qaçqınlarına görə Avropa Birliyinə təzyiqini pisləyib.
Türkiyənin xarici işləır naziri bu barədə özünün “Twitter” dəki səhifəsində yazıb:
“Avropa Parlamenti rəhbərinin üzümə qarşı dilə gətirə bilmədiyi bəzi şeyləri sonradan həqiqət kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimiliyini və ikiüzlülüyünü bir daha nümayiş etdirir”.
Çavuşoğlunun sözlərinə görə, Avropa xalqlarını təmsil edən yüksək vəzifəli şəxsin yalan danışması utandırıcı haldır.