16ba66a3-a7c3-4ac1-bf5f-815121dfdb7f..jpg

Çavuşoğlu: “Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir”

Baxış sayı: 878 dəfə baxılıb.

Çavuşoğlu: “Azərbaycanla əlaqələrimizin inkişafı həyati əhəmiyyət kəsb edir”

“Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrimizin inkişafı həyati
əhəmiyyət kəsb edir”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına
müsahibəsində bəyan edib.

Çavuşoğlu, bununla yanaşı bildirib ki, Azərbaycan “İslam Səkkizliy”inə (D8)
üzv olmaq üçün müraciət edib.

“Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8-i D-20 etmək
lazımdır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları
olduğumuz bütün regional təşkilatları qlobal aktora çevirəcəyik”, – türkiyəli
nazir vurğulayıb.

Source link