Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə APA diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyəli ali diplomat, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq.
Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil.