682a0e8a-480b-496c-98f7-9997a694ae6f..jpg

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib

Baxış sayı: 1. 007 dəfə baxılıb.

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə edib

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji
Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda
bu ölkənin dövlət katibi Antoni Blinken ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı
ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO
çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və
Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.

Türkiyənin F-16 tələbinin təkcə Türkiyə üçün deyil, NATO və ABŞ-ın
təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu bildirən Çavuşoğlu, “Bizim
əməkdaşlığımız və ortaq strateji maraqlarımıza uyğun olaraq bu tələbin
təsdiqlənməsini gözləyirik”, – deyib. Türkiyə-ABŞ Strateji Mexanizmini
institutlaşdıracaqlarını ifadə edən Çavuşoğlu bu mexanizmin indiyə qədər çox
faydalı olduğunu vurğulayıb.

Blinken isə Türkiyə-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayaraq, müttəfiq
olaraq iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılıqlarının olduğuna diqqət
çəkib.

Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Sazişindəki rolunu yüksək
qiymətləndirdiklərini vurğulayan Bilinken, başda Ukrayna olmaqla, bölgədəki bir
çox problemi və iki müttəfiq olaraq Türkiyə-ABŞ əməkdaşlığını müzakirə
etdiklərini bildirib.

Mənbə: TRT

Source link