Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “Le Monde” qəzeti üçün “Türkiyə: Avropanın təhlükəsizliyi üçün vazkeçilməz müttəfiqlik” adlı məqalə yazıb.
ÇıxışYolu.Com xəbər verir ki, nazir məqalədə Avropada tez-tez gündəmə gətirilən Türkiyədə fövqəladə vəziyyət məsələsinə xüsusi yer verib.
O xatırladıb ki, Fransa təhlükəsizliyin təmini üçün fövqəladə vəziyyəti 719 günə qədər uzatmalı olub:
“FETÖ ilə mücadilə məsələsində əldə edilən nailiyyətlər sayəsində fövqəladə vəziyyətin çox yaxında ləğvi mümkün olacaq”.