Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda

Çavuşoğlu lirənin kəskin ucuzlaşmasının səbəbi haqda

Baxış sayı: 1. 977 dəfə baxılıb.

2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd zamanı uğura nail ola bilməyən Türkiyə düşmənləri,  öz məkrli məqsədlərinə Türk lirəsinin kursunu aşağı salmaqla müvəffəq olmağa çalışır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin XİN-nin rəhbəri Mövlut Çavuşoğlu bildirib.

“Valyuta məzənnəsindəki dəyişkənliklərin arxasında Türkiyə dövləti və Türkiyənin lideri Rəcəb Tayyip Ərdoğanın düşmənləri durur. Bu qüvvələr Ankaranın iradəsini sındırmağa çalışır. 2016-cı ilin iyul ayında nail ola bilmədiklərinə, iqtisadi rıçaqlar vasitəsi ilə nail olmağa çalışırlar.

Habelə Çavuşoğlu əmin edib ki, valyuta bazarlarındakı manupulasiyalar Türkiyənin inkişafında durğunluq yarada bilməyəcək.

Qeyd edək ki, çərşənbə günü türk lirəsinin məzənnəsi tarixi minimuma düşərək, dollara nisbətdə 4,93 lirə olub.

.
www.ÇıxışYolu.Com