Çavuşoğlu rus dilində başsağlığı verdi

Baxış sayı: 2. 521 dəfə baxılıb.

Çavuşoğlu rus dilində başsağlığı verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı verib.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, o başsağlığını öz “Twitter” səhifəsindən ünvanlayıb.

Nazir başsağlığını rus dilində ifadə edib.

“Rusiya Federasiyası Sibir federal dairəsinin Krasnoyarsk vilayətində 18 nəfərin həlak olması ilə nəticələnən helikopter qəzası xəbərini dərin hüznlə qarşıladım.

Rusiya Federasiyası, rus xalqı və həlak olanların yaxınlarına başsağlığı verirəm”, – XİN rəhbəri yazıb.

www.ÇıxışYolu.Com