Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

Baxış sayı: 2. 822 dəfə baxılıb.

Çavuşoğlu: Trampın qərarı vəziyyəti gərginləşdirir

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına daha bir dəfə təsdiqləyir ki, Birləşmiş Ştatlar beynəlxalq hüquqla hesablaşmırlar.

ÇıxışYolu.Com-ın xəbərinə görə, belə bir bəyanatla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu çıxış edib.

“Bu qərar heç bir halda İsrailin Qolan təpələrini işğal etməsini leqallaşdırmır. Əksinə, bu, regionda vəziyyəti daha da gərginləşdirəcək, və Yaxın Şərqdə sülh yolu ilə münaqişənin nizamlanmasına mane olacaq”, – Çavuşoğlu Twitter-də yazıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb.