3e70a48b-9b86-42b1-981e-7a97a05da2be..jpg

Çavuşoğludan Yunanıstana xəbərdarlıq: “Saxta qəhrəmanlıq göstərməyə çalışmayın”

Baxış sayı: 747 dəfə baxılıb.

Çavuşoğludan Yunanıstana xəbərdarlıq: “Saxta qəhrəmanlıq göstərməyə çalışmayın”

“Yunanıstana bir daha xəbərdarlıq edirik, macəraya atılmayın”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən
2022-ci ilin yekunlarına dair qiymətləndirmə toplantısı zamanı mətbuata
açıqlamasında bildirib.

Yunanıstanın qeyri-hərbi statuslu adalarda törətdiyi qanun pozuntuları ilə
bağlı 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) iki məktub
göndərdiklərini ifadə edən Çavuşoğlu qeyd edib ki, Yunanıstan Lozanna və Paris
razılaşmalarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə
Türkiyəyə qarşı öz suveren hüquqlarını irəli sürə bilməyəcək.

Çavuşoğlu son günlər Yunanıstan mətbuatında yer alan Krit ətrafında quru
sularının 12 milə qədər artırılacağı xəbərinə də toxunub.

“Bu mövzuda mövqeyimiz bəllidir. Nəinki 12 mil, Egeydə quru sularının 1 mil
belə genişləndirilməsinə icazə vermərik. Məclisimizin 1995-ci ildə bununla
bağlı qəbul etdiyi konkret qərar var və bu qərar hələ də qüvvədədir.
Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxalanmağa çalışdıqlarınıza güvənərək
saxta qəhrəmanlıq göstərməyə çalışmayın. Macəraya atılmayın. Bunun sonu sizin
üçün yaxşı olmaz!”, – deyə nazir vurğulayıb.

Mənbə: Anadolu

Source link