İl təzə başlasa da, kriminal dünyada aşkar canlanma hiss olunur.
2018-ci il onun bir çox nümayəndələri üçün taleyüklü görünür. Nüfuz dairələrinin yenidən bölüşdürülməsi və günəş altında yer üçün müharibələr gözlənilir.
Bu gün əminliklə demək olar ki, hazırda Türkiyədə yaşayan, kriminal dünyada Lotu Quli kimi tanınan “vor zakon” Nadir Səlifov hərəkətlərindəki qətiyyəti Ukrayna və Rusiya hüquq-mühafizə orqanlarına sübut edə bilib, ÇıxışYolu.Com xəbər verir.
O, Rusiyadakı iştirakını qardaşı, “vor zakon” Namiq Səlifovun köməyi ilə müəyyənləşdirib.
Kiçik Səlifov hələ də digər cinayətkar klanların nəzarət etdikləri bazarları özünə tabe etmək üçün Rusiyaya göndərilib. Lakin hər şey göründüyü kimi sadə deyil. Çeçen kriminal şəxsləri Quli ilə müharibə cığırına ayaq basıblar. Onlar bildiriblər ki, Rusiya bazarlarındakı mövqelərini itirməyəcəklər.
Bundan başqa, kriminal dairələrə yaxın məlumatlı mənbələrin bildirdiyinə görə, bunun üçün Həmzət Qastamirovun (Şeyx Həmzət) çeçen klanı hazırda kriminal dünyada Valter kimi tanınan Timur Alimhacıyevin Rusiya həbsxanasından azad olunmasına çalışır.
Onun vaxtından əvvəl azad olunması işində Qastamirovun “Vəhşi” Timur ləqəbli döyüşçüsü yaxından iştirak edir.
Məlumdur ki, Alimhacıyev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunub. Əvvəllər isə Valter 2013-cü ildə Kölndə (Almaniya) kokain alveri ilə məşğul olan alban cinayət qrupu ilə münaqişədə nəzərə çarpmışdı. Narkotiklərin satışına qarşı çıxan çeçen qrupu dələduzluq yolu ilə albanların cinayət yolu ilə əldə etdikləri xeyli miqdarda pulu ələ keçirmişdi.
Bu pullar yoxsul vəziyyətdə olan miqrantlara verilsə də, həmin fakta görə cinayət işi başlanılmış və Alimhacıyev İnterpolun xətti ilə axtarışa verilmişdi. Lakin tezliklə o, siyahıdan çıxarıldı (İnterpolun axtarış siyahısı – red.).
İndi Valter şimal paytatında (Sankt-Peterburq) çeçen klanının maraqlarını təmsil edəcək.
Bəzi məlumatlara görə, Piterdə yaşayan və ticarət sahəsində çalışan azərbaycanlı iş adamları Lotu Quliyə tabe olmaq və ona haqq ödəmək istəmirlər.
Hazırda 200-ə yaxın adamı olan Çeçen mütəşəkkil cinayət dəstəsi Salifovun Sank-Peterburqu əlinə keçirmələrinə mane olmaq üçün əlindən gələni edəcəklər.
Yeri gəlmişkən, Valter öz adını alman silahı, xüsusilə də Valter tapançalarına olan istəkdən götürüb. O, Almaniyadan qaçarkən polislər mənzildən xeyli sayda Valter sistemli tapança aşkarlamışdı.