Rusiyanın Çeçenistan Respublikasında polis əməkdaşlarına hücum edənlər yetkinlik yaşına çatmayanlar olub.
ÇıxışYolu.Com-ın TASS-a istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib ki, onlardan ən böyüyün 17 yaşı olub.
O qeyd edib ki, İŞİD-də (İslam Dövləti terror qruplaşması) yeniyetmələrə ekstremistlərin ideyalarını təlqin etmək üçün xüsusi proqramlar mövcuddur. Ona görə döyüşçülər arasında 11-12 yaşlı uşaqlara da rast gəlmək olar.
Umarov bildirib ki, hücum edənlərin hədəfi polis əməkdaşları deyil, dinc sakinlər olub. Onun sözlərinə görə, onların qarşısını alan polis əməkdaşları müxtəlif bədən xəsarətləri alsalar da, həyatlarına təhlükə yoxdur.