Sloveniya Futbol Federasiyası (NZS) və yeddi futbol assosiasiyası Avropa Futbol Federasiyaları Birliyinin (UEFA) hazırkı prezidenti Aleksander Çeferinin təşkilata yenidən seçilməsinə dair namizədliyini təsdiqləyib.
ÇıxışYolu.Com xarici mediaya istinadən xəbər verir ki, Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya və Farer adaları futbol federasiyaları UEFA-ya A.Çeferini yeni seçkilərdə dəstəkləyən rəsmi məktub göndəriblər.
Qeyd edək ki, UEFA prezidenti seçkiləri 2019-cu il fevralın 7-də təşkilatın Roma qurultayında keçiriləcək. A.Çeferin 2016-cı ilin sentyabrında UEFA-nın prezidenti seçilib.
www.ÇıxışYolu.Com