15a2e89b-ded4-42dd-ab97-5e366dd76231..jpg

Cehiz üçün nə qədər pul lazımdır? – VİDEO

Baxış sayı: 526 dəfə baxılıb.

Cehiz üçün nə qədər pul lazımdır? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır.

Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq
sayılardı.

İndi isə xanımların cehizi boğça-sandığa sığmır.

Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?

Məsələ ilə bağlı “Xəzər” TV araşdırma aparıb.

Bakıda yerləşən mebel mağaza şəbəkəsinin əməkdaşından biri bildirib ki, mətbəx
mebeli 1500-2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat
aralığında dəyişir.

Ümumilikdə isə bir qızın cehiz xərcinin minimum 15, maksimum 30-35 min manata
başa gələ biləcəyi məlum olub.

Ətraflı videomaterialda:


Source link