cdc0475c-2204-4f1b-90e8-96dab8f60b7f..jpg

Ceki Çan kəskin qocalmasının səbəbini açıqladı – FOTO

Baxış sayı: 627 dəfə baxılıb.

Ceki Çan kəskin qocalmasının səbəbini açıqladı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son görüntüləri ilə sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olan honkonqlu
aktyor Ceki Çan bunun səbəbini açıqlayıb.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə ulduz özünün “Instagram” hesabında yazıb.

Ceki Çan pərəstişkarlarını sakitləşdirib və bunu yeni filmə hazırlığı ilə izah
edib.

“Mənim personajımın ağarmış saçları, ağ saqqalı və yaşlı görünməsi lazımdır”,
– deyə o bildirib.

Aprelin 7-də 70 yaşı tamam olan aktyor bu rəqəmlərdən narahat olmadığını və
fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirib. O, həmçinin “böyük qardaşı”
Sammo Hundan “Qocalmaq bir nemətdir” sitatını gətirib.

Aktyor ad günündə dostlarının təbrikinə necə reaksiya verdiyini də danışıb:

“Hər dəfə bu rəqəmi eşidəndə ürəyim bir saniyə dayanır. Artıq 70 yaşım var…”
– deyə Çan bildirib.

62 illik karyerası barədə isə o, hələ də filmdə çəkildiyi üçün şanslı olduğunu
deyib.

“Bu fotolara baxaraq, xoş anlar xatırlayıram. Bircə onu deyə bilərəm ki, film
çəkməyi və hamınızı sevirəm”, – deyə Ceki Çan sözlərini yekunlaşdırıb.

Source link