“Çelsi” – “Arsenal”: Niyə Britaniya KİV-ləri finalı “uduzdular”?

Baxış sayı: 3. 523 dəfə baxılıb.

News.ru nəşri Azərbaycan paytaxtında Avropa Liqasının finalının təşkili ilə və  iki London komandasının azarkeşlərə möhtəşəm oyun bəxş etməsi ilə bağlı məqalə hazırlayıb.

Avropa Liqasının finalında “Arsenal” və “Çelsi” arasında London derbisi ərəfəsində La-Manşın digər tərəfində mühüm oyun üçün Azərbaycan paytaxtını seçdiyinə görə UEFA-nın ünvanına əsl informasiya kampaniyası başladı. Britaniya mətbuatı müxtəlif iddialarla çıxış etdilər. Misal üçün, əvvəlcə onlar “kanonirlər” və Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsini ortaya atdılar.

“Çelsi” – “Arsenal”: Niyə Britaniya KİV-ləri finalı “uduzdular”?

Əslində, bu qərar birmənalı deyildi. Belə deyək, keçmişdə tanımış sovet və ukraynalı futbolçu Oleq Bloxin Mxitaryanın Bakıya gəlməkdən imtina etməsini ağılsızlıq adlandırıb. “Arsenal”ın Bakıda darmadağın olunması (4:1) göstərdi ki, erməni futbolçunun meydançada olması komandasına kömək edərdi. Lakin bu məhz elə haldır ki, futbolçunun istənilən qərarına hörmət və onu qəbul etmək lazımdır, çünki bu, yalnız onun seçimidir.

Oyun günü Bakıda Mxitaryan formasında gəzən indoneziyalı turistlərin polis tərəfindən saxlanılması videosu çoxlu baxış yığdı. Lakin burada da heç nəyə ilişmək alınmadı, çünki ekzotik azarkeşləri necə saxlamışdılarsa, elə də buraxdılar. 

Daha sonra çərşənbə günü Azərbaycan paytaxtında daha bir isti xəbər gəldi – azarkeşlərin davası barədə. Lakin bu dəfə də Britaniyaya baş verənləri görüb güzgüyə baxmaqdan başqa çarəsi qalmamışdı… Gördüklərinin nə olduğu aydın məsələdir. Çünki dava edənlər ingilis azarkeşləri idi, onlar isə hətta başqa planetdə və ya qonşu qalaktikada olsalar belə, yumruqla münasibətlərini ayıdnlaşdımaqdan əl çəkmirlər.

Logistika ilə bağlı çətinliklərlə əlaqədar Bakının ünvanına tənqidlər yağdırılmışdı. Guya Londondan Xəzər sahillərinə birbaşa aviareyslər azdır, tranzit reysləri isə çox vaxt aparır və bahadır. Hətta belə bir rəqəmlər göstərilirdi: Bakıya yuxarıda göstərilən nəqliyyat çətinlikləri ilə  bağlı gələ bilməyən hər iki London klubunun azarkeşləri tərəfindən altı min bilet qaytarıldı.

Çeferindən tərif 

Nəticə kimi, kimsə təəssüflə, kimsə isə pis niyyətlə Avropa Liqasının finalı zamanı Olimpiya stadionunun yarıboş tribunalarını görməyi gözləyirdi. Obyektiv olsaq, hətta televizorda belə bütün tribunaların dolmadığını görmək olardı. Lakin mübahisə edə bilməyəcəyimiz statistik göstəricilər var. Və bu göstəricilərə əsasən, Bakı finalının tamaşaçı auditoriyası 51 370 nəfər təşkil edib.

Bu turnir tarixində həlledici oyunların azarkeş sayı baxımından üçüncü göstəricidir. Bundan əvvəl rekord azarkeş sayı bir il əvvəl Fransanın Lion şəhərində “Marsel” və “Atletiko” komandaları arasında keçirilən oyunda qeydə alınmışdı (55 768 nəfər). Gördüyünüz kimi, fərq minimaldır və bununla Azərbaycan paytaxtındakı finalın təşkilatçıları fəxr edə bilərlər.

“Çelsi” – “Arsenal”: Niyə Britaniya KİV-ləri finalı “uduzdular”?

Düzdür, London derbisini izləyən bir çox azarkeş sosial şəbəkələrdə tribunaların meydandan uzaq olmasından şikayətləniblər – belə ki, Bakı stadionunda azarkeş sektorları qazondan qaçış zolaqları ilə ayrılır. Keçmişdə tanınmış ingilis futbolçu, hazırda teleeksoert işləyən Hari Lineker bu məsələ ilə bağlı “Twitter”də belə yazıb:

“Stadionda öz yerinizi tutanda, siz meydana evdən çıxdığınız zamandakından daha yaxın olursunuz”.

Mübahisə etməyək: ətrafında yüngül atletika üçün zolaqlar olan arenalar müasir futbol stadionları dövründə anaxronizm kimi görünür. Lakin, ilk növbədə, analoji çatışmazlıqla tamaşaçılar təkcə Azərbaycan paytaxtında qarşılaşmırlar – belə universal arenalar Avropada da çoxdur, əsasən, futbolun inkişaf etmədiyi ölkələrdə. İkincisi, bu konstruksiya çatışmazlığı heç bir halda Bakıda “Köhnə dünya”nın 11 şəhəri ilə yanaşı, AVRO-2020-nin bir neçə oyununun keçirilməsinə təsir göstərməyəcək.

Və ümumiyyətlə, UEFA prezidenti Aleksandr Çeferin Avropa Liqasının finalına hazırlığı yüksək qiymətləndirib.

“Bakıda hər şey ideal təşkil olunub və finala hazırdır. Hazırda hər şey qonaqpərvər və əla görünür. Düzünü desəm, mən iradları başa düşmürəm və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlər üçün Bakı və ya Bilbao ilə müqayisədə, London və Romada bilet alıb mehmanxana bron etmək daha asandır” , – UEFA prezidenti deyib.

Azarın dublu, Çexin üzgünlüyü və 60 ildə ilk kubok

“Çelsi” – “Arsenal”: Niyə Britaniya KİV-ləri finalı “uduzdular”?

İlk hissəni komandalar çox sıxıcı futbol göstərdilər və birinci 45 dəqiqə qolsuz bərabərliklə yekunlaşdı. Lakin ikinci hissə istənilən zövqə uyğun qolla bol oldu. “Arsenal” azarkeşlərinin ümid etdiyi “kanonirlər”in Pyer-Emerik-Obameyanq və Aleksandr Lakazett cütlüyü özünü doğrultmadı. Diqqət mərkəzinə isə “Çelsi”nin əsas ulduzu Eden Azar düşdü: belçikalı effektiv şəkildə dubl etdi – “Çelsi” ilə “Real”a keçməmişdən əvvəl vidalaşdı. Azara Pedro Rodriqez də kömək edirdi – o, ikinci vacib qolu vurdu.

Daha bir qolun müəllifi isə Olivye Jiru oldu. “Arsenal”ın keçmiş hücumçusu “Çelsi”nin keçmiş qapıçısı Piter Çexi məyus etdi. Final fitindən sonra məşhur qoruyucu dəbilqəli çexiyalı qapıçıya baxmaq üzücü idi: çünki o, mövsümdən sonra karyerasını bitirəcəyini bəyan etmişdi və böyük futboldan belə kədərli notlarda getmək istəmirdi…

Futbol belədir: Çex və “Arsenal” azarkeşləri həmin gecə üzüldülər, lakin “Çelsi” düşərgəsində əsl bayram idi. “Çelsi” ikinci dəfə (ilk dəfə – 2013-cü ildə) Avropa Liqasının qalibi oldu, italiyalı mütəxəssis Mauritsio Sarri 60 yaşında məşqçi karyerasında ilk kubokunu qazandı. Futbolda belə də olur. 

Heç şübhəsiz ki, Avropa Liqasının Bakı finalı yüz faiz alındı və futbol tarixinə növbəti parlaq səhifə kimi yazıldı.