“Qarabağ” klubunun Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakimi Andreas Ekbery olacaq. Ona Mehmet Kulum və Stefan Halbery yan xətt hakimi kimi və Kristofer Karlson dördüncü hakim kimi kömək edəcək.
Saat 21:00-da başlayacaq görüşdə avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu hakim heç vaxt Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib. Andreas Ekbery bu il aprelin 23-də “Qarabağ”ın 19 yaşadək komandasının da iştirak etdiyi UEFA Gənclər Liqasının finalını (“Çelsi” – “Barselona”) idarə edib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com