4947ac64-e360-48d5-b061-f7f59df38ff3..jpg

“Çelsi” klubu yeddi futbolçu ilə vidalaşmağa hazırlaşır

Baxış sayı: 1. 680 dəfə baxılıb.

“Çelsi” klubu yeddi futbolçu ilə vidalaşmağa hazırlaşır

İngiltərənin “Çelsi” klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır.

Yeni komanda formalaşdıran baş məşqçi Qrem Potter Hakim Ziyeş, Kay Haverts,
Kristian Pulişiç, Kalidu Kulibali, Jorjinyo, Sesar Asplikueta və Pyer-Emerik
Obameyanqın xidmətində maraqlı deyil.

İddiaya görə, “zadəganlar” sözügedən oyunçuları satmaq və ya icarəyə vermək
variantını nəzərdən keçirir. Yalnız Jorjinyo ilə bağlı plan fərqlidir.
İtaliyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunda başa çatacaq müqavilə
yenilənməyəcək.

Klub uzun müddətdir “Çelsi”nin şərəfini qoruyan futbolçulardan təkcə Meyson
Maunt və N Qolo Kante ilə sözləşmənin müddətini uzatmaq niyyətindədir.

Mənbə: The Telegraph

Source link