1d543cea-8599-4e00-a8cf-8cf38d2a1212..jpg

“Çelsi” “Molde”nin hücumçusunu transfer etdi

Baxış sayı: 738 dəfə baxılıb.

“Çelsi” “Molde”nin hücumçusunu transfer etdi

“Çelsi” rəsmi saytında “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu Devid
Fofananın transferini elan edib.

20 yaşlı futbolçu 2023-cü il yanvarın 1-də London klubuna qoşulacaq.

“Biz Devidi klubda görməyi səbirsizliklə gözləyirik!” – London komandasından
bildirilib.

Bu mövsüm Fofana “Molde”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 21 qol
vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, futbolçunun
dəyəri 7 milyon avro qiymətləndirilir. Hərçənd, “zadəganlar” onun transferi
üçün 12 milyon avro ödəyiblər.

Mənbə: sport-express.ru

Source link