a530b171-c29f-40e1-a621-d90873768585..jpg

“Çelsi” Mudrikin transferi üçün “Şaxtyor”la razılaşıb

Baxış sayı: 992 dəfə baxılıb.

“Çelsi” Mudrikin transferi üçün “Şaxtyor”la razılaşıb

“Çelsi” və “Şaxtyor” Mixaylo Mudrikin transferi ilə bağlı razılığa gəlib.

Məlumata görə, klublar 70 milyon avroya razılaşıb, daha 40 milyon avro isə
bonus kimi ödəniləcək.

Bundan əlavə, 22 yaşlı vingerlə 7+ illik müqavilə də razılaşdırılıb.

Daha əvvəl bildirilmişdi ki, “Arsenal”ın Mudrik üçün təklifi bonuslar daxil
olmaqla 90-95 milyon avro civarındadır.

Qeyd edək ki, Mudrik bu mövsüm UPL-də 12 oyuna çıxıb, 7 qol vurub və 7
məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 6 oyunda 3 qol vurub və
2 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru

Source link