204acaf1-29ac-4cc0-9f93-01e23bc6027f..jpg

“Çelsi” Premyer Liqa tarixində rekord transferə imza atdı

Baxış sayı: 563 dəfə baxılıb.

“Çelsi” Premyer Liqa tarixində rekord transferə imza atdı

“Çelsi” rəsmi saytında “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer
etdiyini açıqlayıb. Futbolçu ilə 8 illik müqavilə imzalanıb.

Transferin məbləği 133,5 milyon avro təşkil edib ki, bu da İngiltərə futbolu
üçün rekorddur.

Xatırladaq ki, “Çelsi”dən əvvəl Kaysedonun “Liverpul”a keçməyə yaxın olduğu
bildirilirdi.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının (APL) son mövsümündə Kaysedo 37 oyun
keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2022-ci ildə Ekvador millisinin
tərkibində dünya çempionatında iştirak edib. Onun komandası qrupdan çıxa
bilməyib.

Mənbə: gazeta.ru

Source link