Ukrayna millisinin və “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını
Londonun “Çelsi” klubunda davam etdirə bilər.
Cixisyolu.com xəbər verir ki, İngiltərə klubu futbolçu ilə ciddi maraqlanır və onun
transferi üçün təxminən 78 milyon avro ödəməyə hazırdır.
Əvvəllər Sudakovun karyerasını “Arsenal”da davam etdirə biləcəyi barədə
məlumatlar yayılmışdı.
Sudakov bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib və bu matçlarda
yeddi qol vurub, iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 35 milyon
avrodur.