50f9b7e2-7400-4e9a-baab-44a02543ca23..jpg

“Çelsi”nin qapıçısı “Real Madrid”də

Baxış sayı: 684 dəfə baxılıb.

“Çelsi”nin qapıçısı “Real Madrid”də

İspaniyanın “Real Madrid”i İngiltərə “Çelsi”sinin qolkiperi Kepa
Arrisabalaqanı icarəyə götürüb.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki,
İspaniyalı “çərçivə qoruyucusu” mövsümün sonuna qədər Madrid təmsilçisinin
formasını geyinəcək.

Qeyd edək ki, bir neçə gün öncə zədələndiyi üçün əməliyyat olunacaq “Real
Madrid”in əsas qapıçısı Tibo Kurtua altı-səkkiz ay yaşıl meydanlardan kənar
qalacaq. Klub onu əvəz etmək üçün Arrisabalaqanı icarəyə götürüb.

Xatırladaq ki, Arrisabalaqa 2018-ci ildə Bilbao “Atletik”indən “Çelsi”yə
keçib. 28 yaşlı qolkiper ötən mövsüm London klubunun heyətində bütün
turnirlərdə 39 oyun keçirib, 45 qol buraxıb.

Source link