“Çelsi”nin sabiq futbolçusu Mark Şvartser Azərbaycanda şərhçilik edəcək.
Bunu ÇıxışYolu.Com-a 2013-2015-ci illərdə “Çelsi”nin qapıçısı olmuş alman əsilli avstraliyalı Şvartserin özü deyib.
46 yaşlı Şvartser Avstraliyanın “Optus Sport” telekanalının nümayəndəsi kimi Azərbaycana ezam olunub və UEFA Avropa Liqasının finalında şərhçi qismində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Almaniya və İngiltərədə bir neçə klubun şərəfini qorumuş Mark Şvartser Avstraliya millisinin 109 dəfə qapısını qoruyub.
Səbuhi MUSAYEV