“Çelsi”yə ağır cəza: transfer qadağan edildi

Baxış sayı: 3. 714 dəfə baxılıb.

“Çelsi”yə ağır cəza: transfer qadağan edildi

Londonun “Çelsi” futbol klubunun qarşıdakı iki transfer pəncərəsində yeni futbolçuları qeydiyyata almasına qadağa qoyulub.

FİFA-nın rəsmi saytında yayılan məlumata görə, bu qərar klubun yeniyetmə oyunçuların beynəlxalq transfer qaydalarını pozması ilə əlaqədardır.

Federasiya klub tərəfindən futbolçuların qeydiyyatı qaydalarının pozması ilə bağlı 29 fakt aşkarlayıb.

Qadağanın qadın və mini-futbol komandasından başqa, London klubunun bütün heyətlərinə şamil olunduğu bildirilir.

Bundan başqa, “Çelsi” 600 min İsveçrə frankı (təxminən 599 min dollar) məbləğində cərimələnib. Klubun qərardan İdman Artbitraj Məhkəməsinə şikayət etmək hüququ var.

Komandaya yetkinlik yaşına çatmamış oyunçuların transferi ilə bağlı vəziyyəti nizamlamasına 90 gün vaxt verilib.