9d775dac-8f1e-4603-b39a-bce6ea609065..jpg

“Çelsi”yə son dəqiqə şoku – VİDEO

Baxış sayı: 1. 001 dəfə baxılıb.

“Çelsi”yə son dəqiqə şoku – VİDEO

İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, “Çelsi” öz meydanında “Everton”la qarşılaşıb və
heç-heçəyə razılaşıb – 2:2.

Londonlular 52-ci dəqiqədə Joau Felikslə hesabı açıblar. 69-cu dəqiqədə
Abdullaye Dukure bərabərlik topunu vurub. 7 dəqiqə sonra Kay Haverts penaltidən
fərqlənməklə yenidən “Çelsi”ni hesabda önə keçirib. Lakin 89-cu dəqiqədə Ellis
Sims “Everton”a 1 xal qazandıran qolu vurub.

Hazırda 38 xalı olan “Çelsi” 10-cu pillədədir. “Everton” isə 26 xalla
15-cidir. Mersisayd klubunu enmə zonasından cəmi 2 xal ayırır.


Source link