5e665d38-7c9e-481e-814a-e2832d4ecab8..jpg

Cem Yılmazın yeni sevgilisi bəlli oldu – FOTO

Baxış sayı: 471 dəfə baxılıb.

Cem Yılmazın yeni sevgilisi bəlli oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli populyar şoumen Cem Yılmazın sirli yeni sevgilisinin kim olduğu
məlum olub.

50 yaşlı Yılmazın 37 yaşlı Necla Karahalil ilə eşq yaşadığı üzə çıxıb.

2012-ci ildə ailə həyatı qurduğu və cəmi 20 ay evli qaldığı aktrisa Ahu
Yağtudan Kemal adlı oğlu olan Yılmazın bundan öncə Serenay Sarıkaya və Defne
Samyeli ilə eşq yaşaması çoxsaylı şayiələrə səbəb olub. İndi isə gülüş ustası
yeni sevgiyə “yelkən açıb”.

Yılmaz bir müddət əvvəl sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət
çəkib. O, öz ayaqqabısı ilə birlikdə hündürdaban qadın ayaqqabının fotosunu
dərc edib.

Yılmazın paylaşdığı fotodakı hündürdaban ayaqqabının kimə aid olduğu maraq
doğurub.

Pilates təlimçisi Necla Karahalil Cem Yılmazın günlər əvvəl paylaşdığı
ayaqqabılar fotosunu sosial şəbəkə hesabında yayımladığı kadrlar arasına daxil
edərək kimliyini açıqlayıb. 155 min izləyicisi olan “Instagram” hesabında
ardıcıl paylaşımlar edən Karahalil fotolara “fevralda günəşim doğdu, ağzım
şirinləşdi, ürəyim sevindi, ruhumu oxşandı”, – şərhini yazıb. Cem Yılmaz isə
Necla Karahalilin paylaşımına ürək emojisi qoyaraq münasibətlərini açıqlayıb.

Source link