Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü atıldı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Cixisyolu.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti
raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
“Porto” – “Arsenal”
“Napoli” – “Barselona”
PSJ – “Real Sosedad”
“İnter” – “Atletiko Madrid”
PSV – “Borussiya Dortmund”
“Latsio” – “Bavariya”
“Kopenhagen” – “Mançester Siti”
“Leypziq” – “Real Madrid”
10:02
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Cixisyolu.com-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn
komandalar bir-birilərinə rəqib olmayacaqlar.
Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri
isə səpələnməmişlər hesab edilir.
Səpələnmişlər: ”Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko”,
“Barselona”, “Real”, “Real Sosyedad” (hamısı İspaniya), “Bavariya”, Dortmund
“Borussiya”sı (hər ikisi Almaniya).
Səpələnməmişlər: ”Kopenhagen” (Danimarka), “İnter”, “Latsio”, “Napoli” (hər
üçü İtaliya), “Leypziq” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), PSV
(Niderland).
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda,
cavab matçları 5, 6, 12, 13 martda olacaq.