d9fa099f-4adb-4baa-873a-913d06c72bbd..jpg

Çempionlar Liqası: “Arsenal” “Portu”nu, “Barselona” “Napoli”ni qəbul edəcək

Baxış sayı: 725 dəfə baxılıb.

Çempionlar Liqası: “Arsenal” “Portu”nu, “Barselona” “Napoli”ni qəbul edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki
komandanın adına aydınlıq gələcək.

Cixisyolu.com xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə
İspaniyada keçiriləcək.

“Arsenal” Londonda Portuqaliyanın “Portu” kollektivini qəbul edəcək.
“Topçular”da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən
meydana çıxmayacaqlar. İlk matç “Portu”nun qələbəsi ilə bitib – 1:0.

Digər oyunda “Barselona” İtaliyanın “Napoli” komandasını sınağa çəkəcək.
Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol
klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb
– 1:1.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”, “Mançester Siti”, PSJ və “Bavariya”
1/4 finala vəsiqə əldə ediblər.

Source link