e6632b5e-97ac-48f1-b26b-1e309f99e3c9..jpg

Çempionlar Liqası: “Borussiya” qələbə qazandı, “Barselona” isə uduzdu – VİDEO

Baxış sayı: 598 dəfə baxılıb.

Çempionlar Liqası: “Borussiya” qələbə qazandı, “Barselona” isə uduzdu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.

Cixisyolu.com xəbər verir ki, bu axşam E, F, G və H qruplarında keçiriləcək növbəti
oyunlardan artıq ikisi baş tutub.

F qrupunda Dortmund “Borussiya”sı İngiltərə “Nyukasl”ını qəbul edib. Ev
sahibləri 3 xalı 2 cavabsız qolla təmin edərək qrupda liderliyə yüksəliblər –
2:0.

H qrupunda isə lider “Barselona” “Şaxtyor”un qonağı olub. Pley-offa çıxışı
vaxtından əvvəl təmin etmək şansını qaçıran Xavinin yetirmələri oyundan əliboş
ayrılıblar – 1:0.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) 2:0

Xal durumu: “Borussiya” – 7, PSJ – 6, “Nyukasl” – 4, “Milan” – 2.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) 1:0

Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 6, “Antverpen” – 0.


Source link